main-post-cover

    Məşhur gamer-in abunəçiləri onun dəfnində qeyri-adi şəkildə iştirak ediblər

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Call of Duty üzrə professional oyunçu və məşhur gamer Filip Klemenov-un abunəçiləri onunla sonuncu dəfə qeyri-adi tərzdə vidalaşıblar.

    Avtomobil qəzası nəticəsində həyatını itirmiş məşhur gamer Filip Klemenov-un (ləqəbi Phizzurp) ailə üzvləri onun dəfn mərasimini Twitch vasitəsilə onlayn yayımlayıblar. Məlumata əsasən həmin yayıma 15.000 istifadəçi baxıb. "Technote.az”ın "Lenta.ru”a istinadən verdiyi xəbərə əsasən 24 yaşlı gamer-in dəfn mərasimi 9 Oktyabr tarixindən Kolorado ştatında keçirilmişdir. Dəfn mərasiminin onlayn yayımı qərarını vəfat etmiş Filip-in yaxınları istifadəçilərin 20.000$ vəsait bağışladıqlarından sonra veriblər. Rus əsilli Klemenov son bir neçə ilini ABŞ-da yaşayaraq keçirtmişdi. O, kiberidmankaryerasına 2011-ci ildə (18 yaşında) Team FeaR komandasında başlamışdır. Daha sonra Filip H2k Gaming komandasına qatılmışdır. Call of Duty-dəki oyunlarını o, öz Twitch kanalında canlı olaraq yayımlayırdı. Filip-in istifadəçisinə 62.000 insan abunə olub. Klemenov 2 Oktyabr tarixində vəfat etmişdir. Onun ölüm xəbərini qəza zamanı avtomobildə olan sevgilisi Twitter vasitəsilə bildirmişdir. Onun sözlərinə əsasən Filip avtomobilin idarəetməsini itirmiş və avtomobil yoldan çıxaraq bir neçə ağac və işıq dirəklərinə dəymişdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər