Məşhur internet memə çevrilən qadının ölüm xəbəri yayıldı

08.05.2017 0 PAYLAŞIM 5552 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

İnternet forum və sosial şəbəkələrdə, Wat-Grandma adlı mem sayəsində məşhurlaşan qadının ölüm xəbəri yayılıb.

Məşhur memin qəhrəmanı olan qadının ölüm xəbərinin təsdiqi hələki yoxdur. Lakin buna baxmayaraq internet istifadəçiləri onu əfsanəvi qadın adlandıraraq ölümü ilə bağlı baş sağlığı verirlər. "Bugün 2016-cı ilin ən böyük itkilərindən biri baş verdi. Wat-Grandma üçün çox darıxacağıq” – deyə 18 Dekabr tarixində Twitter istifadəçilərindən biri qeyd etmişdir. Yaşlı qadının ölüm xəbəri, Reddit saytında dərc olunandan sonra sürətlə internetdə yayıldı. Qeyd edək ki, qadının maraqlı üz ifadəsinin əks olunduğu foto bir neçə il bundan öncə internetdə peyda olmuşdur. "Technote.az "ın "Lenta.ru "a istinadən verdiyi xəbərə əsasən uzun müddət ərzində istifadəçilər, fotodakı şəxsin qadın və ya kişi olmasını təyin edə bilmədilər. Lakin 2014-cü ildə internet istifadəçilərindən biri həmin yaşlı qadını tapdığını söylədi. O, qadının öz nəvəsi ilə birgə fotosunu da təqdim etmişdi. Həmin qadın barəsində internetdə bir çox əfsanələr mövcuddur. Həmin əfsanələrdən birinə əsasən qadın son illərdə xərçəng xəstəliyindən əziyyət çəkirdi. İstifadəçilərin fikrincə məhz bu xəstəliyə görə qadın vəfat etmişdir.