main-post-cover

    Məşhur The Witcher oyunu filmə çevriləcək

    Digər
    07.05.2017
    Farid Pardashunas
    "The Mummy: Tomb of the Emperor" və müasir "Ben-Hur" kimi filmləri istehsal etmiş Sean Daniel Company studiyası məşhur The Witcher oyun seriyasını ekranlaşdırmaq niyyətindədir. Filmin rejissoru polşalı animator Tomasz Baginski olacaq. Qeyd edək ki, Tomasz daha əvvəl də sözügedən oyun seriyası üzərində çalışmışdır. Böyük film seriyasına start verəcək yeni proyektin 2017-ci ildə izləyicilərə təqdim olunacağı güman olunur. Nəzərinizə çatdıraq ki, The Witcher oyun seriyası məşhur polşalı yazıçı Andrzej Sapkowski-nin əsərləri əsasında hazırlanmışdır. İlk əsər keçən əsrin 80-ci illərində nəşr olunmuşdur. 2007-ci ildə isə CD Project RED studiyası The Witcher oyun seriyasının ilk hissəsini satışa çıxartmışdır. Oyun o qədər məşhurluq qazamışdır ki, daha sonradan iki hissəsi də satışa çıxmışdır. Oyun seriyasının üçüncü hissəsi olan "The Witcher 3: Wild Hunt" bu il işıq üzü görmüşdür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər