main-post-cover

    Məşhur ulduz Lindsi Lohan ilə "Rockstar Games" arasındakı məhkəmə nə ilə nəticələndi?

    Digər
    07.05.2017
    Farid Pardashunas

    2 ildən çox idi ki, tanınmış Hollivud aktrisası Lindsi Lohan (Lindsay Lohan) ilə Grand Theft Auto V oyununun yaradıcısı "Rockstar Games” studiyası arasında məhkəmə prosesi davam edirdi. Məhkəmənin nəticəsi sonunda məlum oldu.

    Qeyd edək ki, Lindsi Lohan studiyanı oyununda icazəsiz olaraq onun obrazından istifadə etdiyi üçün ittiham edirdi. Buna görə də aktrisa "Rockstar Games”dən külli miqdarda təzminat tələb edirdi. Bu ilin mart ayında məhkəmə aktrisanı dəstəkləyərək prosesin davam etməsinə şərait yaratmışdır. Lakin "Take-Twoşirkətinin ("Rockstar Games”in sahibi olan şirkət) vəkilləri buna qarşı çıxmışdılar. Nəticədə Lindsi Lohan bu işdə uduzmuşdu. "Technote.az”ın "Digitalspy.com”a istinadən verdiyi xəbərə əsasən 1 Sentyabr tarixində məhkəmə yekun qərarı təqdim edib. Qərarda qeyd olunub ki, hətta bəzi oyun obrazları aktrisaya bənzəsələr də bu, işin onun xeyrinə olacağı demək deyil. Belə ki, fakt əsasında oyunda aktrisanın əsl fotosu, portret şəkilləri və ona aid ola biləcək hər hansı bir ad belə yoxdur. Bu isə o deməkdir ki, istehsalçılar aktrisanın şəxsi həyatına aid hüquqlarını pozmayıblar. Bundan əlavə olaraq onun görünüşündən istifadə edərək icazəsiz şəkildə məhsulu reklam etməyiblər. Qeyd edək ki, aktrisanın nümayəndələri hələki bu qərar ilə bağlı heç bir fikir bildirməyiblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər