Məşhur videoblogger PewDiePie, etdiyi hərəkəti ilə başına iş açdı

08.05.2017 0 PAYLAŞIM 6490 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

"Disney”, PewDiePie ilə yollarını ayırdı.

PewDiePie bu səfər yayımladığı video ilə başına iş açmağı bacardı. İrqçilik məzmun daşıyan video ilə gündəmə gələn youtuber, "Disney”in video şəbəkəsindən uzaqlaşdırıldı. PewDiePie bu aralar yenidən oyun dünyasının ən çox haqqında danışıldığı mövzulardan biri halına çevrilib. 50 milyon abunə və kanal silmə hadisələri ilə gündəmə gələn youtuber, indi də əlindəki ən böyük müqavilələrdən birini itirdi. "Disney” artıq PewDiePie ilə işləmək istəmir. Xatırlayacağınız kimi ötən həftələrdə sizlərə bu haqda xəbər təqdim etmişdik. Felix Kjellberg, yəni PewDiePie, Fiverr adlı bir sayta daxil olmuş və "bütün Yəhudilərə ölüm” adlı bir yazı yazdırmışdı.

Özü bunun heç vaxt edilə bilməyəcəyini fikirləşdiyi üçün təəccüblü olduğunu bildirmiş olsa da, YouTube videosu bir çox seqmentdən insanın reaksiyasını cəlb etdi. Felix, sözügedən videonu silsə də, video çoxdan "Disney”in diqqətini cəlb etmişdi. Bir başqa videosunda isə "Hitler əslində heç bir şeyi səhv etməmişdi” deməsi səbr kasasını dolduran son damlalardan biri oldu. "Disney”in rəqəmsal əyləncə platformu olan Maker Studio, bundan belə PewDiePie ilə işləməyəcəklərini bildirərək, REVELMODE ilə əlaqələrini sonlandırdı. Ayrılığın səbəbi olaraq, youtuberin yayımladığı məzmunların ağır dərəcədə irqçilik daşıdığı bildirildi.