
Məşhurların çılpaq fotolarını oğurlamış hackerin aqibəti bəlli oldu
Texnologiya
07.05.2017
Orkhan Karimov
ABŞ-ın Pensilvaniya ştatının Lankaster şəhər sakini Ryan Collins iCloud istifadəçilərinə hacker hücumu etdiyinə görə cəzalandırılıb.
Qeyd etmək lazımdır ki, Collins-in bu hücumundan sonra bir
çox insanlar Hollywood ulduzlarının çılpaq şəkillərini görmüşdülər. Həmin
ulduzlar arasında Kirsten Dunst, Rihanna, Avril Lavigne, Jennifer Lawrence, Kim
Kardashian və digərləri var idi. Bu əməlinə görə Collins 18 aylıq həbs cəzasına
məhkum edilib. Məhkəmə onun yüzlərlə amerikalı qadının fotolarını oğurladığı
barəsində günahkar hesab edib. O, 50 iCloud və 72 Gmail istifadəçisinin şifrələrini
əldə etmişdir. Həmin istifadəçilərdən bir çoxu isə məşhurlara aid idi. 2012-ci
ilin Noyabr ayından 2014-cü ilin Oktyabr ayına kimi Collins, "Apple” və "Google”
adı ilə elektron məktub göndərirdi. Həmin məktubda isə insanların özlərinin
istifadəçi adı və şifrələrini göndərmək tələb olunurdu. Əldə edilmiş məlumatları
Collins sözügedən servisin istifadəçilərinə daxil olmaq üçün istifadə etmişdir.
Beləliklə o, çılpaq fotoları oğurlamağı bacarmışdır. Məşhurların çılpaq
fotoları bilinməyən şəxslər tərəfindən 2014-cü ilin Sentyabr ayında internetə
yayılmışdır. Prokuror isə Collins-i 5 il azadlıqdan məhrum etməyi tələb
etmişdir.
Linki kopyala
Həftənin xəbərləri

