main-post-cover

    Məşhurların iCloud hesabını sındıran Hacker barəsində məhkəmə qərarı verildi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Məşhurların iCloud hesabını sındıraraq şəxsi şəkilləri internet üzərindən paylaşan Hacker üçün həbs cəzasının müddətinin bəlli olması ilə mübahisələr baş qaldırdı.

    Keçən il, məşhurların iCloud hesabını hack edən və şəkil, videoları internet üzərindən paylaşan hacker-in polis tərəfindən ələ keçirildiyi haqqında məlumat vermişdik. İnternetdə "The Fappening" kod adı ilə məşhur olan Andrew Helton üçün məhkəmə qərarını açıqlayıb. ABŞ bölgə hakimi Jonh A. Kronstadt 13 məşhurun hesbını hack edən və 161 şəxsi görüntünü yayımlayan Andrew Helton-a 6 ay həbs cəzası və 3000 dollar cərimə kəsib.
     
    Oğurlanan məlumatların əsasən Jennifer Lawrence,Scarlett Johansson və Kate Upton-a məxsus olduğu bildirilir.

    Alma Store-da tələbələr üçün ənənəvi aksiya
     
     
    Linki kopyala