Məşhurların çılpaq şəkillərini yayan Hacker ələ keçirildi.

08.05.2017 0 PAYLAŞIM 11500 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

 

Ryan Collins-dən sonra  ikinci hacker Edward Majerczyk da məhkəməyə çıxarılacaq.

Yadınızdadırsa təxminən 5 ay əvvəl iCloud-u hack edərək, məşhurların çılpaq şəkillərini yayımlayan hacker Ryan Collins məhkəməyə verildi. Collins həqiqətən bunu etdiyi etiraf edərək, şəkilləri yaydığını təsdiqləmişdi. Bu səbəbdən 5 illik həbsi cəzası istənilən Collins-ə 18 ay həbs cəzası kəsilmişdi. Bu hadisənin ardından iCloud hesablarını ələ keçirərək, məşhurların çılpaq görüntülərini yayan növbəti hacker Edward Majerczyk ələ keçirilib. Lon Ancelsdəki əyləncə dünyasından 30 nəfərin də daxil olduğu 300 məşhur simanın gmail və iCloud hesabları hack edib, şəkillərini yaydığını qəbul edən Majerczyk üçün 5 il həbs cəzası istənilir. Məhkəmə haqqında danışan FBI-ın müdir müavini Deirdre Fike fikirlərini belə ifadə edir: " Təqsirkar şəxs gmail və iCloud hesabları hack etməkdən əlavə insanların şəxsi həyatına müdaxilə etməklə günahlandırılır. Bu kimi hallar bizim şəxsi məlumatlarımızı telefonlarımızda saxlamağın təhlükəli olduğunu bir daha isbat etdi "