main-post-cover

    Messenger\'də bomba kimi yenilik - Qrup zəngləri

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Facebook Messenger çoxdan gözlənilən yeniliyi rəsmi olaraq aktivləşdirdi.

     
    Gündəlik fəaliyyətimiz zamanı facebook dostlarımız, iş və ya qrup yoldaşlarımızla müəyyən müzakirələri həyata keçirmək üçün messenger qruplarından istifadə edirik. Müzakirənin mövzusundan asılı olaraq bəzən fikirlərin səsli ifadə olunması ehtiyac yaranır. Elə bu tip müzakirələr üçün və insanların ünsiyyətini rahatlaşdırmaq naminə messenger'ə çox faydalı və işəyarayan bir funksiya əlavə olunub. Messenger qrup zəngləri vasitəsilə artıq dostlarınızla qruplarda səsli əlaqə yaratmaq mümkün olacaq. 12 nəfərin eyni anda səsli danışıq həyata keçirməsini təmin edən bu yeniliyin gözəl xüsusiyyətlərindən biri də sonradan müzakirəyə qoşulan şəxsin səsli müzakirədə iştirak imkanının olmasıdır. Yeniliyi əldə etmək üçün messenger'in sonunu versiyasını yükləmək kifayətdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər