"Messenger"də özünü yox edən və gizli mesajlar necə göndərilir? (İZAH)

"Messenger"də özünü yox edən və gizli mesajlar necə göndərilir? (İZAH)

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

"Facebook"un məşhur mesajlaşma platforması "Messenger", "WhatsApp" ilə paralel olaraq inkişaf etməkdə davam edir. Ötən aylarda sizlərə "messenger"in Fransada olan istifadəçilər üzərindən gizli mesajlaşmaları yoxladığı haqqında xəbər vermişdik. Artıq bu xidmət bütün iOSAndroid istifadəçiləri üçün təqdim olunub. Beləliklə siz "messenger" platformasından istifadə etməklə, eynilə "WhatsApp"da olduğu kimi, end-to-end şifrələmə texnologiyası ilə şifrələnmiş mesajlardan istifadə edə bilərsiniz. Bundan əlavə bizə "SnapChat"dan yaxşı tanış olan bir yenilik - "Mesajların müəyyən vaxt ərzində yox olması" funksiyasını artıq "Messenger"də də görə bilərik.

Bəs bu cür yazışmalar "Messenger"də necə aktivləşdirilir?

Addım 1: "Messenger"ə daxil olub, öz profiliniz olan hissəyə keçid edirsiniz.


Addım 2: Profil hissəsində yenilənmiş "secret conversations" seçimini görəcəksiniz. Həmin bölməyə daxil olun.


Addım 3: Bu bölmədən "secret conversation" xüsusiyyətini aktivləşdirin.


Addım 4: Bu əməliyyatı etdikdən sonra əsas mesaşlama səhifəsinə qayıdıb, yeni bir mesaj yaratmaq üçün "+" düyməsini klik edin.

Addım 5: İstədiyiniz adamı seçməzdən əvvəl yuxarı sağ küncdə "qıfıl" işarəsini aktivləşdirin. Mesajlaşma ekranın qara rəngə büründüyünü görəcəksiniz.


Özünü yox edən mesajlar

Bu mesajlaşma növündən istifadə etmək üçün yuxarıda göstərilən təhlükəsiz mesajlaşma servisini aktivləşdirməlisiniz. Əməliyyatları həyata keçirdikdən sonra, təhlükəsiz mesaj yazmaq istədiyiniz adama "özünü yox edən" mesaj da yaza biləcəksiniz. Bunun üçün sadəcə mesajlaşma hissəsində "saat" əlavəsinə toxunmaq kifayətdir. Qarşınıza çıxan pəncərədə isə, mesajınızın nə qədər müddət qalmasını seçib, qarşı tərəfə göndərə bilərsiniz.


Qeyd edək ki, qarşı tərəfin bu mesajları qəbul etməsi və mesaj göndərməsi üçün öz hesabında messengerdə secret conversationu aktiv etməlidir.

Ümid edirik, bu sizin üçün faydalı oldu. Məqalələrimizi bəyənirsinizsə, dostlarınızla paylaşmağı unutmayın.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×