Metal Gear Solid 6 və yeni Silent Hill oyunları barədə şaiyələr yayılıb

08.05.2017 0 PAYLAŞIM 5430 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Reddit portalında ən çox müzakirə olan şaiyələrdən biri yayılıb.

Belə ki, "Konami” şirkətinə yaxın olan mənbənin verdiyi məlumatlara əsasən bu il şirkət öz pərəstişkarlarına bir çox sürprizlər hazırlayır. Mənbənin verdiyi məlumatlara inansaq, şirkət bu il Metal GearSilent Hill seriyasından yeni oyunları təqdim edəcək.

Metal Gear Solid 3: Snake Eater-in remake-i:

Məlumata əsasən Metal Gear Survive üzərində çalışan studiya həmçinin hal-hazırda Metal Gear Solid 3: Snake Eater oyununun remake-ni hazırlayır. Remake, Metal Gear Solid V: The Phantom Pain-nin oyun mühərriki olan FOX Engine-də hazırlanır.

Metal Gear Rising 2

Raiden haqqında olmuş orijinal oyunun ikinci hissəsinin ssenarisi hələ Hideo Kojima-nın şirkətdən getdiyi vaxtdan öncə yazılmışdı. Məlumata əsasən "Konami”şirkəti oyunun istehsalına birinci hissəsini yaratmış Platinum Games studiyasını cəlb etməyi planlaşdırır.

Metal Gear Solid 6

Bütün bunlardan əlavə olaraq şirkət, Metal Gear seriyasının 6-cı hissəsi üzərində çalışır. Məlumatda qeyd olunub ki, oyunun hazırlanmasında iştirak edəcək aktyorlar artıq şirkət ilə müqavilə bağlayıblar. Aktyorların adları arasında Kiefer Sutherland (Snake), Time Winters (Zero), Piers Stubbs (Liquid) Troy Baker (Ocelot) kimi aktyorların adları keçir. Oyunun anonsu isə bu il baş tuta bilər.

Tamamilə yeni Silent Hill

"Konami” şirkəti vaxtı ikən Hideo Kojima ilə Guillermo del Toro-nun birgə layihəsi olmuş Silent Hills-i ləğv etsə də, tamamilə yeni oyun üzərində çalışır. Məlumata əsasən şirkət əsl partlayış edəcək və pərəstişkarları sevindirəcək bir oyun hazırlayır. Bu layihədə iştirak edəcək aktyorlar siyahısında da Toy Baker-in adı keçir. Oyun hələki istehsal prosesinin ilk səviyyəsindədir.