main-post-cover

    Mətni smartfona ötürməyi bacaran qeyri-adi kağız (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Montblanc” şirkəti innovasiyalı elektron kağızın istehsalı barədə xəbər verib.

    Belə ki, sözügedən innovasiyalı kağız, qələm ilə yazılmış mətni və çəkilmiş rəsmləri smartfonun yaddaşına ötürməyə imkan verir. Yeni məhsul Augmented Paper adlandırılıb. Sözügedən kağızda yazılmış mətni və ya çəkilmiş rəsmi xüsusi tətbiq vasitəsilə redaktə etmək, müxtəlif insanlara göndərmək və ya rəqəmsal mətnə çevirmək olar. Cihaz, rus, ingilis, alman, italyan, çin dilləri daxil olmaqla 12 dildə əlyazma mətnləri tanıya bilir. Rəqəmsal bloknotun təchiz olunmuş enerji tutumlu batareyası vasitəsilə 8 saata yaxın işləmək olar. Əgər cihaz müəyyən vaxtlarda isitifadə olunarsa onda enerji müddəti bir həftəyə kimi uzana bilər. Şarj prosesi USB giriş vasitəsilə həyata keçirilir. Virtual kağızın yaddaşında 100 səhifəyədək yazılı mətn saxlamaq olar. Augmented Paper gələn il satışa çıxacaq. Cihazın qiyməti isə hələki məlum deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər