main-post-cover

    Metro 2033 romanı filmə çevriləcək

    Digər
    07.05.2017
    Farid Pardashunas
    "50 Shades of Grey", "Drive Angry" və "The Social Network" kimi filmlərə prodüsserlik etmiş Hollywood-un məşhur prodüsserlərindən biri olan Michael De Luca rus yazıçısı Dmitriy Qluxovski-nin Metro 2033 romanını ekranlaşdıracaq. "Mən bu anı 10 il ərzində gözləmişəm. Daha əvvəllər mən öz romanımı Hollywood prodüsserlərinə təhvil verməyə şüphə ilə yanaşırdım. Lakin indi hiss edirəm ki, romanım güvənli əllərdədir" -deyə Dmitriy Qluxovski bildirib. Nəzərinizə çatdıraq ki. 2005-ci ildə işıq üzü görmüş Metro 2033 romanında hadisələr postapokaliptik Moskva-da cərəyan edir. Romanda nüvə müharibəsindən sonra Moskva sakinlərinin metro stansiyalarında qurduqları həyatdan bəhs olunur. Baş qəhrəman isə Artyom adında VDNX stansiyasının sakinidir. Roman çox uğurlu olub Dmitriy Qluxovski-ə şöhrət qazandırdı. Daha sonra digər gənc yazarlar tərəfindən sözügedən postapokaliptik dünyada baş verən yeni hekayələr yazıldı. Bundan əlavə olaraq iki komputer oyunu da işıq üzü gördümüşdür (Metro 2033, Metro Last Light).
    Linki kopyala