main-post-cover

    Məzmunların viral olmalarında səbəb nədir?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Bəlkədə hər bir internet istifadəçisi viral məzmun ilə tanışdır. Əgər bu termin ilə tanış deyilsəniz belə onunla bir dəfə də olsun mütləq qarşılaşmışsınız. Bu qısa müddət ərzində milyonlarla baxış sayı yığan viral videolar və ya istifadəçilərin mütəmadi olaraq paylaşdığı hər-hansı bir fotolar ola bilər. Bu cür məzmunlar internetdə virus kimi yayılırlar. Bu cür məzmunlar tez bir zamanda yayılırlar və əgər birinci dalğa keçsə belə həmin məzmunlar unudulmur. Lakin bu və ya digər məzmunu viral edən səbəblər nələrdir? Məsələn nəyə görə asqıran panda balasının videosu bir çox professional çəkilmiş videoları baxış sayına görə üstələyir? Mütəxəssislərin fikrincə hansısa məzmunun viral olması üçün həmin məzmun ən azından bir neçə tələbi yerinə yetirməlidir.
    Emosionallıq
    Pensilvaniya Universitetindən olan Conoy BergerKetrin Milkmen-nin araşdrmalarına əsasən məzmunun viral olmasının ən vacib tələbi onun emosional olmasıdır. Bununla belə söhbətin hansı emosiyadan getdiyinin fərqi yoxdur. Bu həyəcan, təəccüb, qorxuqəzəb də ola bilər. Əsas məsələ izləyicinin keçirtdiyi emosiya parlaq və təbii olmalıdır. Belə halda istifadəçi mütləq həmin məzmunu digərləri ilə paylaşmaq istəyəcək.
    Praktiklik
    Məzmunun viral olmasının daha bir yolu onun nəsə faydalı və praktiki olmasıdır. Berger və Milkmen-nin tədqiqatları göstərdi ki, istifadəçilər çox zaman müxtəlif faydalı məsləhətləri və təlimatları altruizm (Başqa adamlara təmənnasız xidmət göstərilməsindən, onların xoşbəxtliyi naminə öz şəxsi mənafeyini qurban verməkdən ibarət əxlaqi prinsip) səbəbindən paylaşırlar. Yəni insan maraqlı bir məlumat ilə qarşılaşır və düşünür ki, həmin məlumat öz yaxınlarına da faydalı ola bilər. İnternetdə olan müxtəlif yemək reseptlərinin və digər buna bənzər məlumatların məşhurluğu məhz bununla açıqlanır.
    Oxunuşu asan olan
    Viral məzmun komfortlu məzmundur. Siz istədiyiniz böyüklükdə təlimat yaza bilərsiniz. Lakin onun oxunuşu asan olmasa onda o, məşhur olmayacaq. Tədqiqatçılar qeyd edirlər ki, məzmun o vaxt viral ola bilər ki, həmin məzmun hətta 9-cu sinifdə oxuyan şagird tərəfindən də rahat anlaşıla bilinsin.
    Emosional boyanmış sözlər
    Çox zaman viral məzmun emosional boyanmış sözlərdən ibarət başlığa sahib olur. Məsələn çətin ki, "A və B küçələri arasındakı nəqliyyat hadisəsi” başlıqlı video çox baxış sayı yığsın. Lakin "A şəhərində baş vermiş dəhşətli nəqliyyat hadisəsi” başlıqlı video artıq üstünlüyü özünə tərəf çəkir. Təbii ki, sözlərlə olan bu cür oyunu manipulyasiya adlandırmaq olar. Lakin viral məzmunun uğurunun qiyməti budur. Bundan əlavə olaraq heç bir söz oyunu, məzmunu onun başlığı ilə daxilindəki məlumatın üst-üstə düşmədiyi halda onu viral etməz.
    Doğruluq və gerçəklik
    Bəlkədə siz internetdə şoka salan başlıqlı reklam məqalələrinə rast gəlmisiniz. Lakin həmin məqaləyə daxil olan zaman çox banal bir məlumat ilə qarşılaşmısınız. Sizin fikrinizcə bu cür məzmun viral ola bilərmi? Təbii ki, yox. Digər sözlə, məzmunun başlığı onun daxilindəki məlumat ilə üst-üstə düşməlidir. Məzmundakı daxili məlumat da öz növbəsində istifadəçinin güvənini qazanmalıdır. Məsələn istifadəçilər hansısa mütəxəssisin sözlərinə əsaslanaraq tərtib olunmuş məzmunları daha sıx paylaşırlar.
    Vizual cəlbedicilik
    Sosial şəbəkədə gözəl şəkildə tərtib olunmuş ismarıc adi linkdən daha effektivdir. Statistikaya görə tweet-ə foto əlavə edilən zaman həmin tweet-in retweet olunma şansı 35% yüksəlir. Facebook-da isə fotoya sahib məzmunlar adi mətn məzmunlarda 87% daha məşhurdur.
    Məzmunu paylaşmaq üçün uğurlu zaman
    Təbii ki, artıq viral olmuş bir məzmun üçün onun hansı zaman paylaşıldığının bir önəmi yoxdur. Belə ki, insanlar zatən onu gecə-gündüz paylaşacaqlar. Lakin viral olma şansına sahib məzmunun paylaşılması üçün uyğun zamanı yaxalamaq lazımdır. Tədqiqatlara əsasən məzmun, bazar ertəsindən cümə axşamına kimi olan zaman intervalında paylaşılsa onun viral olma şansı daha böyükdür. Ortalama bloglarda aktivliyin pik nöqtəsi səhər saat 11-ə təsadüf edir. İstirahət günləri isə nəsə yeni məzmunun paylaşılması üçün uğurlu vaxt olmasa da artıq məşhurlaşmış digər bir məzmunun yenidən paylaşılması üçün uyğun variantdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər