Reklam
Müflisləşmiş 10 uğurlu şirkət

Müflisləşmiş 10 uğurlu şirkət

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Biznes dünyası qəribə və qəddardır. Bu dünyada hətda ən kiçik qəbul edilmiş qərar belə şirkətin statusuna baxmayaraq onu məhv edə bilər.

"South Sea Company"

"South Sea Company” şirkətinin müflisləşməsi XVIII əsrdə baş vermişdir. Faktiki olaraq bu klassik maliyyə piramidası idi. Şirkət 1711-ci ildə İngiltərə-də təsis edilmişdir. Onun əsas məqsədi isə Latın Amerika-sı ölkələri ilə ticarət əlaqələri qurmaq idi. Şirkətin birinci səhmdarları siyahısına Conatan Svift və İsaak Nyuton daxil idilər. Lakin tez bir zamanda şirkətin dəyərli kağızlarının qiyməti düşdü və minlərlə səhmdar öz sərmayesini itirdi. Beləliklə şirkət müflisləşmə prosesinə başladı. İstintaq nəticəsində məlum oldu ki, şirkətin rəhbərləri dələduzluq ilə məşqul olurdular.

"Pan Am”

Bu şirkət İkinci Dünya Müharibəsindən sonra beynəlxalq turizm sahəsinin liderlərindən biri idi. Həmçinin şirkət hava sərnişin daşınması bazarındada öz uğurlu yerini tutmuşdu. Lakin bəzi xoşagəlməz hallar uğurlu şirkətin həyatına son qoydu. Belə ki, 1988-ci ildə terrorçular Şotlandiya-da Pan Am təyyarəsini partlatmışdılar. Nəticədə bu hadisə şirkətin nüfuzuna xələl gətirmişdi. Şirkətin həyatında son nöqtəni qoyan səbəb isə Fars körfəzindəki müharibə nəticəsində bahalaşan neft oldu. 1991-ci ilin dekabr ayında "Pan Am" şirkəti rəsmi şəkildə müflis oldu.


"Olivetti”

Şirkət 1982-ci ildə Olivetti M20 adlı ilk müasir kompüteri satışa çıxartmışdı. Bir il sonra şirkət IBM PC-ə bənzəyən M24 modelini təqdim etmişdi. Bu kompüterə Avropa bazarında çox tələbat var idi. Ondan hətda ölkə strukturlarında belə istifadə edirdilər. Lakin sonra "Olivetti” məhsulu daha güclü və güvənli Intel 80386 mikroprosessoru ilə rəqabət apara bilmədi. 1995-ci ildə şirkət multimediyalı Envision kompüterini satışa çıxartdı. Bu layihə də uğursuz oldu. Nəticədə 1999-cu ildə şirkətin səhmlərinin nəzarət paketini "Bell S.A.” şirkəti əldə etdi.

"Enron”

ABŞ-ın enerji şirkəti irimiqyaslı qalmaqaldan sonra müflisləşdi. Onun bağlanmasını biznes tarixində ən böyük hadisələrdən biri kimi hesab edirlər. Şirkətin rəhbərləri hesabatların saxtalaşdırılması ilə ittiham olunurdular. Beləliklə onlar investorları aldatmaq istəyirdilər. Şirkət 2001-ci ildə müflis olmuşdur. Onun investorları külli miqdarda pul, işçiləri isə öz iş yerlərini itirmişdilər. Şirkətin müflisləşməsinin ən ağır nəticəsi isə işçilərin pensiya fondunda saxladıqları vəsaitlərin itirilməsi oldu. İtirilmiş vəsait ümumi olaraq 2 milyard dollar dəyərində idi.

"WorldCom”

Vaxtı ikən "WorldCom” şirkəti ABŞ-ın telekommunikasiya sahəsində liderlərdən biri idi və ölkənin 50% internet trafikini əhatə edirdi. Lakin bu şirkəti də hesabatlar ilə olan problem məhv etdi. Şirkətin rəhbərləri qeyd edirdilər ki, 2001-2002-ci illər arasındakı müddəti əhatə edən sənədlərdə 3.8 milyard dollarlıq ziyan təşkil edən səhvlər var idi. Aparılmış istintaq nəticəsində məlum olmuşdu ki, bu vəsaitlər biznesin dəstəyinə yönəlmiş cari xərclər üçün nəzərdə tutulmuşdu. "WorldCom”da isə bildirirdilər ki, bu vəsait mülkiyyət və cihazların alınmasına xərclənmişdir. Bir il ərzində şirkət kapital xərclər bölməsinə 3.8 milyard dollar vəsait əlavə edirdi. Nəticədə "WorldCom”un kağızlar üzərində gəliri 3.8 milyard dollar çox olmuşdur.

"General Motors”

1931-ci ildən 2008-ci ilə kimi "General Motors” avtomobil istehsalı üzrə dünya lideri idi. Mütəxəssislər bildirirlər ki, "General Motors”un bağlanması ABŞ avtomobil sənayesinin müflisləşməyi deməkdir. Əslində şirkətin müflisləşməsini bir neçə il ərzində proqnoz edirdilər. 2005-ci ili şirkət 10.6 milyard dollar zərər ilə yekunlaşdırmışdı. 2007-ci ildə isə bu göstərici 38.7 milyard dollar olmuşdur. Böhranlı 2008-ci ildə şirkətin satış göstəriciləri 45% aşağı düşmüşdü. Nəticədə şirkət səhmlərinin 82.3 milyard dollar dəyərində olmasına baxmayaraq 172.8 milyard dollar vəsait borca götürmüşdür.

"Lehman Brothers”

Bu bank investisiya sahəsində dünya liderlərindən biri idi. Onun bağlanmağı isə ABŞ maliyyə sistemini şok etmişdi. 2006-cı ili bank 46.7 milyard dollarlıq gəlir ilə başa vurmuşdu. Lakin 2008-ci ildə bank artıq müflisləşmə prosesinə start vermişdi. "Lehman Brothers” bankının bağlanmasının əsas səbəbi maliyyə təşkilatı sahibkarlarının ipoteka üzrə dəyərli kağızlara külli miqdarda vəsait yatırmaları oldu. Qeyd edək ki, məhz ipoteka üzrə dəyərli kağızların dəyərdən düşməsi nəticəsində ABŞ-da iqtisadi böhran baş verdi. ABŞ höküməti banka sabitləşdirici kreditin verilməməsinə qərar verəndən sonra bank tamamilə iflasa uğradı.

"Wahington
Mutual”

ABŞ iqtisadi böhranı bir çox bankların həyatına son qoydu. "Lehman Brothers”ın iflasından bir neçə həftə sonra daha bir böyük bank olmuş "Washington Mutual” da müflisləşdi. Sözügedən bank ipoteka kreditləşməsi ilə məşqul olurdu. Bank əsasən böyük risklə kreditlər verirdi. İpoteka bazarının iflasından sonra bank külli miqdarda vəsait itirdi. Hətda 7 milyard dollar dəyərində investisiya belə bankı xilas edə bilmədi.

"Bear Stearns"

2008-ci ildəki iqtisadi böhrandan yaxa qurtara bilməyən 3-cü bank. Hələ 2007-ci ilin yay fəslində bank ipoteka kreditləşdirilməsi fonunda maddi problemlər yaşayırdı. Bankın sahib olduğu iki risk fondu ipoteka dəyərli kağızlarına görə əmanətçilərinin bütün vəsaitlərini (1.6 milyard dollar) itimişdilər. Bundan sonra fond bazarında əsl panika yaşandı. 2008-ci illin mart ayında bank bildirdi ki, təcili investisiya olmasa o öz öhdəliklərini yerinə yetirə bilməyəcək. Artıq 16 Mart 2008-ci ildə "Bear Stearns” 236.2 milyard dollara "JPMorgan Chase” bankı tərəfindən alındı.

"Nokia”

Əsrin əvvəlində "Nokia” mobil telefon bazarında lider şirkət idi. Lakin daha sonra innovativ texnologiyalardan istifadə edən şirkətlər onu bazardan sıxışdırıb çıxardılar. 2 il bundan öncə şirkət "Microsoft” tərəfindən alındı. Alışdan sonra "Microsoft” bildirdi ki, birdə Nokia brendini istifadə etməyəcək.

 

 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×