main-post-cover

    Möhtəşəm açılış ilə Barama HackDay 2016 yarışı start götürdü. (Foto Reportaj)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
    Komandaların 36 saat müddət ərzində yarışacağı Barama HackDay 2016 tədbiri təlim mərhələsini başa vurduqdan sonra bu gün səhər saatlarından etibarən HackDay yarışına start verib. 13 komandanın yarışdığı bu tədbirin yekununda qalib komandaları qiymətli hədiyyələr gözləyir.

    Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin kordinatoru Fidan Tofidi tədbirin yarış hissəsini rəsmi olaraq elan etdikdən sonra təlimçi Cahangir Şəbiyev mövzu və qaydalar barəsində danışıb.
    Yarışın başlamasına 15 dəqiqə qalmış HackDay-in mövzusu elan olunub. Belə ki, komandalar "Qida" mövzusuna uyğun web platforma hazırlayacaqlar.
     
    Qeyd edək ki, Barama HackDay 2016 yarışında aşağıdakı komandalar mübarizə aparacaqlar:

    • CheckMate
    • chunkz
    • Codezilla
    • GroovyOnGrails
    • Kernel Panic
    • Halalgorithm
    • stress_log
    • Bet365
    • TITAN
    • LyaFaMi
    • WorksOnMyMachine
    • YUSOFT
    • nightcoders
    Azercell’in baş sponsorluğu, PAŞABank və Huawei Mobile Azərbaycanın sponsorluğu ilə təşkil olunan yarışda 1-ci yerə laiq görülmüş komanda üzvləri Huawei şirkəti tərəfindən 3 ədəd Mate S ağıllı telefonu ilə mükafatlandırılacaq.
    Yarış zamanı iştirakçıların qidaya olan təlabatı Pizza-Mizza restoranı tərəfindən ödənilir.

















    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər