main-post-cover

    MicroSD-ni əvəzləyəcək yeni texnologiya gəlir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Samsung şirkəti dünyada bir ilk olan UFS (Universal Flash Storage) standartı bazasında hazırlanmış yaddaş kartlarını təqdim edib. Yeni yaddaş kartları seriyası 32, 64, 128, 256 GB yaddaş həcmlərinə sahibdir. UFS smartfon və planşetlər üçün nəzərdə tutulmuş flash yaddaş bazasında məlumatların saxlanmasının yeni standartıdır. Yeni texnologiyanın hazırlanmasının əsasında V-NAND (3D NAND) texnologiyası durur. Bu üçölçülü flash yaddaş texnologiyası məlumatların yüksək sıxlıqla yazılması ilə fərqlənir. UFS standartında yaddaş kartına yazılmış məlumatların oxunma sürəti saniyədə 530 MB təşkil edir. Bu microSD-nin göstəricisindən 5 dəfə yüksəkdir. Başqa sözlə desək UFS 5 GB-lıq Full HD görüntülü filmi 10 saniyə ərzində ötürə bilər. MicroSD kart üçün isə buna 50 saniyə vaxt lazımdır. Yeni UFS kartlara məlumatların yazılma sürəti saniyədə 170 MB təşkil edir. Bu göstərici bazarda olan bütün microSD kartlarından (məsələn SanDisk Extreme Pro-da bu göstərici saniyədə 100 MB-dır) iki dəfə, qeyri-professional model kartlardan isə 7-8 dəfə böyükdür. UFS-in sürəti təqribi olaraq SSD ilə eyni səviyyədədir. Samsung-un verdiyi məlumata əsasən yeni kartları istənilən cihazda istifadə etmək olacaq. Qeyd edək ki, Galaxy S6 və S6 Edge artıq UFS texnologiyasını dəstəkləyir. Lakin onlara uyğun UFS kartlar hələki satışa buraxılmayıb. Bundan əlavə olaraq çox güman ki, yaxın zamanda təqdim olunacaq Galaxy Note 7 UFS texnologiyasını dəstəkləməyəcək. Bu ilin fevral ayında Samsung UFS 2.0 texnologiyası əsasında 256 GB həcmli ilk yaddaş çipinin istehsalına başlamışdır. Yeni məhsul gələcək smartfonlara rekord məhsuldarlıq təqdim edəcək. Bu rekord məhsuldarlıq hətda noutbook və PC-lərdə olan SATA interfeysli orta SSD yaddaş həcmlərinin göstəricilərindən də yüksək olacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər