Microsoft 30 yaşını qeyd edir! Qarşınızda Microsoft 'un 30 illik həyat yolu!

Microsoft 30 yaşını qeyd edir! Qarşınızda Microsoft 'un 30 illik həyat yolu!

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Hamımızın sevərək istifadə etdiyi Windows əməliyyat sisteminin aid olduğu Microsoft şirkəti 30 yaşını qeyd edir. Günümüzdə demək olar ki, bütün kompyuterlərdə istifadə olunan Microsoft məhsulları çıxdığı gündən bu yana böyük uğurlara nail olmuş, belə demək olarsa, böyük təkamül keçirib.
Microsoft MS DOS əməliyyat sistemi ilə birlikdə bazara çıxardığı Windows\'u  20 noyabr 1985-ci ildə təqdim etdi.
1448031219_windows.jpg
Microsoft—dünyada ən böyük iki transmilli şirkətlərdən biri. Müxtəlif hesablama sistemləri üçün proqram təminatlarının istehsalı ilə məşğul olur. Microsoft Şirkətinin sahibi Bill Geytsdir, o həm də dünyanın ən zəngin şəxsidir. Hazırda Microsoft şirkəti Windows əməliyyat sistemlərini istehsal edir. Microsoft şirkətinin məhsulları 45 dilə çevrilərək, 80 ölkədə satılır.
2010-cu ildən etibarən Microsoft korporasiyasının maliyyə direktoru vəzifəsində, hazırda əməliyyat direktoru olan Kevin Törner çalışır. Microsoftdan qabaq 47 yaşlı K. Törner WalMart pərakəndə satış şəbəkəsinin top-menecerlərindən biri olub.
1437900850_01.jpg
 
İndi isə gəlin Microsoft\'un yarandığı gündən bu yana fəalliyyət göstərdiyi həyat yoluna nəzər salaq...
 
Microsoft 4 aprel 1975-ci ildə Washington State University\'dən qovulmuş Paul Allen (solda) və Harvard University’dən qovulmuş Bill Gates (sağda) tərəfindən Albuquerque New Mexico’da yaradılıb.
1437900933_02.jpg
Albuquerque’dəki bu uğursuz bina Microsoft\'un ilk mərkəzi oldu. Şirkət burada çox problemlərlə qarşılaşdı. İşləri qaydasında getmirdi. 4 il sonra isə onlar Bellevue, Washington\'a köçdülər və burada qaldılar.
1437900858_03.jpg
Əslində Microsoft onların ilk şirkəti deyildi. Gates və Allenin birlikdə 1972-ci ildə yaratdıqları kompyuteri şəhərdəki nəqliyyat işıqforlarındakı məlumatları oxumaq məqsədilə nəqliyyat işçiləri istifadə etməyə başlamışdı.
Bu yeni kompyuter orta dərəcəli texnologiya idi və Microsoft\'un gələcək inkişafında böyük rol oynadı.
1437900873_04.jpg
Microsoft\'un ilk məhsulu isə 1975-ci ildə bazara çıxardığı Altair 8800 üçün proqramlaşdırma dili olan BASİC\'in "mikro" versiyası idi.
1437900884_05.jpg
Microsoft, bir müddət BASIC bazarında yavaş, amma inamla addımlamağa başladı. Bill Gates 1977-ci ildə yol xətası etdiyinə görə nəzarətxanaya düşmüşdü. Məhkum pozası isə hələ də yaddaşlardan silinmir.
1437900895_06.jpg
 
1978-ci ildə Microsoftda artıq 11 nəfər işləyirdi. Nəhayət onlar bir komanda ola bilmişdilər.
1437900972_07.jpg
 
1980-ci ildə Microsoft Washington\'a köçdükdən sonra qısa zaman ərzində IBM üçün yaratdığı mətn əsaslı "MS-DOS" adlanan Microsoft Disk Əməliyyat Sistemi ilə ilk əməliyyat sistemini yaratdı və böyük addım atmış oldu. Həmin ildə Bill Gates universitetdə qrup yoldaşı olan Steve Ballmer\'i şirkətinə dəvət etdi. 1986-ci ildə isə Microsoft 350 milyon dollar ilə xalqa təqdim olundu.
1437901148_10.jpg
 
Windows 1.0
Microsoft’un xalqa təqdim olunmadan öncə 1985-ci ildə Windows 1.0 versiyası bazara çıxarılmışdı. Başlanğıcda insanların istifadəsi üçün daha asan olan mətn əsaslı MS-DOS bir qrafik interfeys olaraq düşünülmüşdü.
1437901161_11.jpg
 
Milyard dollar dəyərində satış

1987-ci ildə yayımlanan Windows 2.0 kiçik yeniləmə aldı, amma tarixin ən yaxşı əməliyyat sistemi olan Windows 3.0 diqqətləri öz üzərinə çəkməyi bacardı. Microsoft 1990-cı ildə illik satışı 1 milyard dollar olan ilk proqram şirkəti oldu.
1437901174_12.jpg
 
 
1990-cı ilə yayımlanan Windows 3.0 və sonra 1992-ci ildə bazara çıxarılan Windows 3.1 ilk iki il içərisində 2 milyon nüsxə olmaqla böyük satış əldə etdi. Windows 3.0\'da mövcud olan ilk oyunlar da bunda böyük rol oynadı.
1437901186_13.jpg
 
1990-cı ildə bunlarla yanaşı Microsoft Office’in ilk versiyası ilə sadəcə Word, PowerPoint və Excel də insanlara təqdim olundu.
1437901198_14.jpg
 
 
Bu andan sonra böyük uğur əldə etmiş Microsoft şəxsi kopyuterlərin "kralı" oldu. IBM PC üçün uyğun olan bir standart təyin etdi və Microsoft Windows bütün standartların üzərində işlədi. Ona rəqib olaraq isə bazarda sadəcə Macintosh kompyuterləri ilə Apple firması var idi.
 
Windows 95
Bill Gates 1995-ci ildə  Windows 95’i insanlara təqdim etdi və bu əməliyyat sistemi bir dönüş nöqtəsi oldu. 26 May 1995-ci ildə Bill Gates Microsoft\'dakı bütün işçilərə "İnternet Hərəkət Dalğası" başlıqlı bir mesaj göndərir. IBM PC təqdim oldunduqdan sonra bu ən önəmli hadisə idi. Internet Explorer web brauzeri isə Windows 95 ilə gələn yenilik oldu. Amma bu internet sevdası 1998-ci ildə Microsoft’un başını ağrıtdı. ABŞ Ədliyyə Nazirliyi Windows 95 ilə bir web brauzer və Internet Servis Təçkilatçısı ilə ikisinin bir təhlükə yaratdığını qeyd edərək məhkəməyə baş vurdu. Bununla da Microsoft üçüncü tərəf proqram yazarlara bəzi kodları incələmək üçün icazə verməsi lazım oldu. Həmçinin 1998-ci ildə Steve Ballmer Microsoft\'un prezidenti oldu.
1437901237_17.jpg
 
 
MSNBC və Windows ortaqlığı
90-cı illərin gedişatında fərqli fərqli bir sıra hadisələr oldu. 1996-cı ildə Microsoft və NBC MSNBC bu gün də davam edən bir ortaqlığa imza atdılar. Eyni zamanda Windows CE yayımlandı və əməliyyat sisteminin digər versiyası rəqəmsal cihazlar və kiçik kompyuterlər üçün gəlirdi. Bir iPhone modelinin çıxmasına hələ 10 il vardı.
1437901297_20.jpg
13 yanvar 2000-ci ildə Bill Gates "CEO" vəzifəsini Ballmer\'a verir. Ballmer 2000-2014-cü illər arasında şirkəti CEO vəzifəsilə idarə etdi. Onun dövründə AppleGoogle şirkətlərinin qarşısı alınmaz inkişafı Microsoft üzərində dərin izlər buraxdı. PC\'lərə olan maraq azaldı və artıq Microsoft istifadəçiləri də yavaş yavaş üz döndərməyə başlamışdılar.

 
 
 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


YouTube-un mobil tətbiqetməsinə CANLI yayım etmə funksiyası gələcək.

Smartfonlarda artıq canlı yayım etmək dövrümüzdə dəb halını alıb. Periscope-un bu sahədə nə qə..


HTC, iki yeni smartfon istehsal edəcək.

Əvvəllər Google üçün Nexus 9 planşetini istehsal edən HTC, indi də yeni Nexus smartfonlarını is..


Ən bahalı 44 domen adı.

Sözün hər mənasında internet bizim gələcəyimizi inşa edir. Şirkətlər yarananda ilk əvvəl öz web..


Galaxy Note 7-nin EDGE olmayan versiyası SAMSUNG-un rəsmi saytında göründü...

Samsung-un Avqust ayında təqdim edəcəyi yeni Galaxy Note 7 üçün geriyə sayım başladı. İndiy..


PS4 Neo bu il satışa çıxarıla bilər

Sony-nin yeni 4K dəstəkli oyun konsolu olan PS4 Neo, E3 2016 tədbirində təqdim olunmasa da başqa mən..


Samsung Galaxy A9 Pro-nun beynəlxalq modeli tezliklə təqdim oluna bilər.

Samsung-un SM-A910F seriyalı Galaxy A9 Pro smartfonunun beynəlxalq model olduğu haqqında xəbə..

×