Microsoft, Android üçün klaviatura tətbiqi hazırlayıb
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Microsoft şirkəti Android üçün xüsusi klaviatura tətbiqi hazırlayıb və Google Play Store'da pulsuz olaraq yayımlayıb.
Android istifadəçilərinin çoxluğunu nəzərə alan Microsoft şirkəti, strategiyasını dəyişdirərək bu platforma üçün tətbiqlər hazırlamağa başlamışdı. Şirkət, son olaraq Android üçün hazırladığı klaviatura tətbiqini Google Play Store'da yayımlayıb. Hub Keyboard adı verilən klaviatura tətbiqinin ən önəmli xüsusiyyəti, hərflərin üst hissəsində yerləşən idxal/ixrac funksiyalarıdır. Bu funksiyalar vasitəsilə mesaja link və ya kontakt əlavə etmək mümkündür. Təbii ki, bunu etmək üçün Hub Keyboard’a bəzi səlahiyyətlər və icazələr verməlisiniz.
Klaviatura tətbiqində Office 365 dəstəyi də mövcuddur. Hələki Google Play’də 354 səs toplayan Hub Keyboard, istifadəçilər tərəfindən üç ulduzla qiymətləndirilmişdir.
12 MB həcmi olan bu tətbiqi buraya daxil olaraq Google Play Store vasitəsilə yükləyə bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)