main-post-cover

    Microsoft CEO-su Nadella: “Surface-dən görüb iPad Pro hazırladılar” deyərək “Apple”-ı ələ saldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Microsoft”un hazırki CEO vəzifəsində çalışan Satya Nadella, iki cihazı bir araya gətirən Surface layihəsində "Apple”a istehzalı göndərişlər etdi.

    Xüsusilə əməliyyat sistemləri savaşında və son illərdə öz brend məhsulları ilə "Apple” ilə yarışan "Microsoft”un ən yüksəkdəki ismi olan CEO Satya Nadella, verdiyi reportajda "Apple” başda olmaq üzərə rəqiblərini topa tutdu.

    "3 il əvvəl biz birbaşa olaraq həm planşet həm kompüter təcrübəsini yaşaya biləcəyiniz bir layihə hazırlayarkən təzyiqlərə məruz qalmışdıq, soyuducu ilə tost maşını birləşdirilməz deyənlər indi bizim layihələrimizi bir-bir özləri hazırlayırlar.” deyərək Surface cihazlarının bazarda ilk nümunə olduğunu sarkastik bir şəkildə dilə gətirən Nadella, xüsusilə iPad Pro üzərindən "Apple”ı işarət edib.

    Ümumilikdə bu tərz CEO ya da rəhbərlər arasında kiçik sataşmaları daim görürük, ancaq baxaq Nadellanın bu sözlərinə qarşılıq "Apple” tərəfindən bir cavab gələcəkmi? Maraqla gözləyirik.
    Linki kopyala