
"Microsoft" Çinlə bağlı bəzi xəbərlərə filtr tətbiq edir
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Bir çox dünya nəhəngləri Çin höküməti ilə əməkdaşlıq
etmək istəyir. Bunun isə çox məntiqli tərəfi mövcuddur. Belə ki, bir çox ölkələrdən
fərqli olaraq Çin asan işçi qüvvəsinin olduğu və texnoloji vasitələrin ən çox
istifadə olunduğu ölkələrdən biridir. Çinlə müəyyən problemlərin ortaya çıxması
çoxlu sayda istifadəçinin əldən çıxması anlamına gəlir. Bunu nəzərə alan
Microsoft, Çin hökümətini narahat edən bəzi mövzularda senzura tətbiq edir. Bu
işi Microsoft-un chatbox-u Xiaoice yerinə yetirməkdədir. Bu haqda məlumatı CNNMoney və Chine Digital Times agentlikləri
paylaşıb.

Onların verdiyi məlumata görə Microsoft, Çin dili üçün xüsusi olaraq tərtib
etdiyi süni zəka tətbiqini bu istiqamətdə hazırlayıb. Belə olan halda chatbox bəzi
məlumatları verməkdə boyun qaçırır. Belə məlumatlara 1989-cu ildə baş vermiş Tiananmen Meydanı qətliamı, Steamed Bun Xi kimi mövzular öz əksini
tapıb.
Təəssüf ki, Microsoft dünən yer alan xəbərləri
təstiqləyərək bəzi xəbərləri filtrə edərək qeydə aldığını etiraf edib.
Microsoft-un mətbuat katibi mövzu ilə öz münasibətini bildirib. Microsoft,
hansı başlıqlı xəbərlərə filtrə qoyduğunu açıqlamasa da bir sıra siyasi
mövzularda filtrləmə rejimi tətbiq olunur. Hətta buna xəbər başlığı Donald
Trump olan məlumatlar da aiddir.
Linki kopyala
Həftənin xəbərləri

