main-post-cover

    Microsoft Havok-u aldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Microsoft şirkəti İntel-dən fiziki mühərrik olan Havok-u yaratmış şirkəti alıb. Bağlanmış müqavilənin vəsaiti açıqlanmır. Qeyd edək ki, Havok bütün yüksək keyfiyyətli oyunların hazırlanmasında istifadə olunur. Artıq Havok fiziki mühərrikinin yaranmasında və inkişafında iştirak etmiş insanlar Microsoft şirkətinin tərkibində öz işlərinə davam edəcəklər. Microsoft Havok-un öz soft siyahısına qatıldığından məmnun olduğunu qeyd edib. Bu siyahıya həmçinin DirectX 12, Visual Studio və Microsoft Azure da daxildir. Bundan sonra Havok-un istifadə lisenziyasını digər şirkətlərə Microsot satacaq. Sözügedən mühərrikin imkanlarından faydalananların arasında Activision, EA, Ubisoft, Nintendo və Sony kimi şirkətlər durur. Bu mühərrik vasitəsilə 600-dən çox oyun istehsal olunmuşdur. Həmin oyunlar sırasında Halo, Assassin's Creed, Call of Duty, Destiny, Dark Souls və The Elder Scrolls kimi məşhur oyun seriyaları yer alır. Microsoft şirkəti əldə edilmiş texnologiyanın inkişaf edərək oyunlarda daha yaxşı fiziki funksiyanın olacağına söz verib. Microsoft-un öz proyektlərinə gəldikdə isə Havok ekspertləri hal-hazırda online serivis üzərində çalışırlar hansı ki, Crackdown 3 oyununda irimiqyaslı dağıntıların yaranmasında iştirak edəcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər