Microsoft Havok-u aldı

Microsoft Havok-u aldı

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Microsoft şirkəti İntel-dən fiziki mühərrik olan Havok-u yaratmış şirkəti alıb. Bağlanmış müqavilənin vəsaiti açıqlanmır. Qeyd edək ki, Havok bütün yüksək keyfiyyətli oyunların hazırlanmasında istifadə olunur. Artıq Havok fiziki mühərrikinin yaranmasında və inkişafında iştirak etmiş insanlar Microsoft şirkətinin tərkibində öz işlərinə davam edəcəklər. Microsoft Havok-un öz soft siyahısına qatıldığından məmnun olduğunu qeyd edib. Bu siyahıya həmçinin DirectX 12, Visual Studio və Microsoft Azure da daxildir. Bundan sonra Havok-un istifadə lisenziyasını digər şirkətlərə Microsot satacaq. Sözügedən mühərrikin imkanlarından faydalananların arasında Activision, EA, Ubisoft, Nintendo və Sony kimi şirkətlər durur. Bu mühərrik vasitəsilə 600-dən çox oyun istehsal olunmuşdur. Həmin oyunlar sırasında Halo, Assassin\'s Creed, Call of Duty, Destiny, Dark Souls və The Elder Scrolls kimi məşhur oyun seriyaları yer alır. Microsoft şirkəti əldə edilmiş texnologiyanın inkişaf edərək oyunlarda daha yaxşı fiziki funksiyanın olacağına söz verib. Microsoft-un öz proyektlərinə gəldikdə isə Havok ekspertləri hal-hazırda online serivis üzərində çalışırlar hansı ki, Crackdown 3 oyununda irimiqyaslı dağıntıların yaranmasında iştirak edəcək. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi-nin ilk elektromobilinin yeni fotoları ortaya çıxıb

Xiaomi şirkətinin ilk elektromobili dəfələrlə insayderlərin kameraları vasitəsilə çəkilib...


Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR) cihazının unikal özəllikləri barə..

Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti öz ilk qarışıq rea..


Xiaomi-nin ilk elektromobilinin dizayn özəllikləri sərgilənib

Xiaomi şirkəti öz ilk elektromobili barəsində istənilən məlumatı hələ ki, sirr olaraq saxlayır...


OnePlus-ın ilk mexaniki klaviaturasının fotosu təqdim edilib

91mobiles saytı OnePlus şirkətinin ilk mexaniki klaviaturasının fotosunu əldə edib və onun barəsində..


Samsung iki istiqamətdə qatlana bilən yeni ekranını sərgiləyib

Samsung-un tərkibinə daxil olan Samsung Display şirkəti Flex In & Out adlı yeni qatlana bilən ek..


Apple HomePod 2 smart səsgücləndiricisini təqdim edib - QİYMƏTİ

Apple şirkəti HomePod adlı smart səsgücləndiricisinin ikinci versiyasını təqdim edib.

×