main-post-cover

    Microsoft iki ekrana sahib Surface Pro 4\'ü tanıda bilər!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Microsoft 6 Oktyabrda Surface Pro 4’ü tanıdacaq. Tanıtım tarixinə sadəcə bir neçə gün qalmasına baxmayaraq Surface Pro 4’lə bağlı yeni iddialar gəlməyə davam edir. Söyləntilərə görə Surface Pro 4’ün 12 ve 14 inç ekrana sahib versiyaları olacaq. Hətta Microsoft’un 6 Oktyabrda bir sürpriz edərək 8 inçlik bir tablet daha tanıdacağı deyilir. 12 ve 14 inçlik Surface Pro 4’lərdə 2160x1440p keyfiyyətində ekrana yer veriləcək. Bu ekran yeni və inkişaf etdirilmiş Stylus qələmə dəstək verəcək.
    Intel’in altıncı nəsil Skylake prosessorundan güc alacaq olan Surface Pro 4’də ən çox 16GB RAM və 500GB daxili yaddaş istifadə olunacaq. Planşet-Kompyuterin 8 GB RAM, 128/256GB növləri də rəflərdəki yerini alacaq.
    Surface Pro 3 aksesuarlarıyla uyğun şəkildə işləyəcək olan Surface Pro 4’də dizaynın necə olacağı isə hələlik bilinmir. Son olaraq isə planşetin ultra incə çərçivələrə sahib olacağı iddia olunub. Windows 10 əməliyyat sistemi ilə işləyəcək olan planşet həmçinin uzun müddətli batareya ömrü də vəd edir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər