

Microsoft-un Windows 10 təqdimatında xəbərini verdiyi Lumia 550 artıq satışa buraxılıb. Giriş səviyyəli telefon seqmentinin yeni üzvü 4.7 inç ölçüsündədir. 4 nüvəli Snapdragoon 210 prosessoru ilə çalışan Lumia 550 5 mp arxa və 2 mp ön kameraya sahibdir. Windows 10-un bütün bacarıqlarından istifadə edə bilən bu cihazın qiyməti ABŞ-da 139 dollardır. 2100 mAh batareyası və 720p keyfiyyətindəki ekranı ilə bir gündən daha çox batareya ömrü vəd edən cihazın Avropa üçün nəzərdə tutulmuş qiyməti isə 139 avrodur.
Şərh yoxdur