main-post-cover

    "Microsoft" şirkəti, Windows 10 Cloud adlı yeni əməliyyat sistemi üzərində çalışır

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Microsot” şirkəti, yeni əməliyyat sistemi üzərində işlər görür.

    Məlumata görə yeni əməliyyat sistemi, Windows Cloud adlanacaq. Yeni əməliyyat sistemi bir növ Windows RT-nin yenidən ərsəyə gətirilmiş versiyası olacaq. Windows 10 Cloud-un əsas özəlliyi, ona standart Windows tətbiqlərindən başqa kənar tətbiqlərin yazılmasının qeyri-mümkünlüyü olacaq. Bir qədər köhnə və güclü olmayan kompüterlərdə Windows 10-da çalışmaq komfortlu deyil. Məhz bu problemi, şirkət, Windows 10 Cloud-da aradan qaldırmaq niyyətindədir. Windows 10-nun bu cür versiyası, zərərli tətbiqlərdən və istənilən digər tətbiqlərin yazılmasından tamamilə qorunacaq. Bununla yanaşı yeni əməliyyat sistemi, müxtəlif parametrli kompüterlərdə çalışmaq üçün lazımi şəkildə optimizasiyya ediləcək. Məlumata əsasən sözügedən əməliyyat sistemi, Chrome OS-nən rəqabət aparmaq üçün hazırlanır. Windows 10 Cloud-un bu ilin Aprel ayında təqdim olunması gözlənilir. Şirkət isə ənənəvi olaraq yeni əməliyyat sistemi barədə xəbərlərə fikir bildirməkdən imtina edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər