main-post-cover

    Microsoft-un bu hərəkətini Google-un necə qarşılayacağı maraqlıdır

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Hər nə qədər də dünya üzrə ən çox istifadə edilən brauzer Google Chrome olmasına və minlərlə əlavə (plugin) ilə bir çox şeyi edə bilmə qabiliyyətinə sahib olmasına baxmayaraq ən böyük mənfi cəhətinin yaddaşı və ram-ı təbii eyni zamanda batareyanızı istismar edir. 

    Bunun fərqinə varan Microsoft, niyə isə iyul ayından etibarən, yəni son bir ay içində Windows 10 üzərindən həm Chrome həm də Firefox istifadəçilərinə bildiriş olaraq "Chrome batareyanızı istismar edir, Microsoft Edge istifadə edərək 36% daha yaxşı performans əldə edə bilərsiniz" kimi xəbərdarlıqlar çıxarması həddindən artıq diqqəti cəlb edir. 

    Internet Explorer zamanında bir çox Windows istifadəçisi format atdıqdan və ya yeni kompyuter aldıqdan sonra Internet Explorer-dən sadəcə bir dəfə Chrome yükləmək üçün istifadə edirdi. Artıq Edge olaraq çox daha yaxşı, stabil və istifadəyə yararlı hala gələn həmin o "Internet Explorer"i bəziləri hələ də eyni, zəif halıyla xatırladıqları üçün Microsoft-un bu tədbirə əl atdığını düşünürük. Amma düşünürük ki, Chrome və Firefox istehsalçıları bu "anti-reklam"lara qarşı cavabsız qalmayacaqlar.

    Ən az enerji sərf edən brauzer xəbərimizi oxuyaraq Brauzer-lər barədə bizim fikirlərimizi öyrənə bilərsiniz.

     
    Linki kopyala