

Microsoft və Facebook MAREA layihəsini reallaşdırmaq üçün bir araya gəliblər. Sözügedən layihə Atlantik okeanı ərazisindən (Virciniya ştatından ispan şəhəri Bilbao-ya kimi) internet kabelin quraşdırılmasından ibarətdir. Uzunluğu 6600 km olacaq yeni kanal hal-hazırda mövcud olanlardan ən yüksək sürətlisi olacaq. Belə ki, o saniyədə 160 Tb sürətlə məlumat ötürə biləcək. Layihənin büdcəsi barəsində heç bir məlumat verilmir. Bu layihədə həmçinin Telefonica adlı ispan telekommunikasiya şirkəti də iştirak edəcək. Həmin şirkət kabel üçün xidmət göstərməkdən əlavə olaraq digər şirkətlərə həmin kanala giriş iznini satmaq ilə də məşqul olacaq. Şəxsi rabitə kanalının olması Microsoft və Facebook-a Avropa, Afrika, Asiya və Yaxın Şərq istifadəçilərinə yüksək sürətli keçid imkanını yaradacaq. Tikinti bu ilin avqust ayında başlayacaq və 2017-ci ilin oktyabr ayında sona çatacaq.
Şərh yoxdur