Microsoft Windows: Orijinal yoxsa Pirat?
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Microsoft
Windows" 1985-ci ildə "Microsoft" şirkəti tərəfindən hazırlanıb satışa çıxarıldı və
indiyədək əməliyyat sistemləri arasında öz populyarlığını hələ də saxlayıb. 1990-cı ildə yaradılmış "Windows 3.0" versiyasından
başlayaraq "Windows" müasir kompyuterlər üçün standarta çevrildi.
"Windows" – müasir komputerlərin istifadəsində yeni imkanlar açan bir sistem olub, əmrlərin yerinə yetirilməsi üçün rahat şərait yaradır. "Windows"un
hər bir proqramı ən az bir pəncərəyə malikdir və bu pəncərə istifadəçini həmin
proqram ilə işləməsinə şərait yaradır. Əməliyyat sisteminin adı da məhz bu pəncərələrdən
gəlir.
Bu
yazımızda sizə Windows əməliyyat sisteminin orijinal versiyasının üstünlüklərindən,
pirat sistemlərdən fərqindən və sistemdə formalaşan müəyyən aktivləşdirmə problemlərindən
bəhs edəcəyik.
Beləliklə, başlayaq..
İlk
olaraq orijinal və pirat "Windows"lar arasındakı önəmli fərqlərdən başlayaq. Bir
çoxlarımız özlüyümüzdə düşünürük ki, burada nə var ki, eyni sistem, eyni
funksiyalar, sadəcə tək fərq digərinə pul verməyimizdir. Düşünürük ki, hər hansısa
bir şəxs bunu edərək digər insanlara kömək olur və onu ala bilməyəcək şəxslər
üçün şərait yaradır. . .
Bəs bunun altında yatan başqa hansı məqsədlər var?
"Windows" versiyalarının piratları hazırlanarkən onların təhlükəsizlik sistemləri
sındırılır. Yəni "Microsoft" şirkəti öz məhsullarına müəyyən təhlükəsizlik
sistemi quraşdıraraq həm ona daim dəstək verir, həm də onları üçüncü şəxslərin,
xakerlərin hücumlarından qoruyur. Belə olan halda, pirat versiya və ya başqa
sözlə, aktivləşdirilmiş versiyanın kim tərəfindən edildiyini bilmirik. Bunun
bizim istifadəmizdə nə qədər təhlükəsiz olduğunu tam anlaya bilmirik. Çünki "Microsoft" şirkətinin məhsullarında tətbiq etdiyi qaydalara əsasən bir əməliyyat
sistemi bir seriya nömrəsi ilə sadəcə bir cihazda quraşdırıla bilər. Pirat
versiyaları hazırlayanlar əməliyyat sistemlərinin seriya nömrələrini sındırırlar.
Başqa sözlə, sistemin bütün təhlükəsizlik sistemini qırmağı bacarırlar. Bu
zaman sistem təhlükələrə qarşı açıq hədəf olur. Sistemin mühafizəsi olmadığı
üçün mümkün hücumlara qarşı davamlı ola bilmir və bu ən yaxşı halda sizin
kompyuterlərinizdə dəyişiklik edilməsinə, ən pis hallarda isə sizin şəxsi məlumatlarınızın,
bank hesablarınızın oğurlanmasına səbəb ola bilər. Pirat versiyaları
hazırlayanların bunu hansı məqsədlə etdiyini bilmədiyiniz üçün mümkün ola biləcək
təhlükələri də dəqiqləşdirmək olmur və daim bir narahatlıq mövcud olur.
·Pirat versiyalar orijinal versiyalardan 56% daha ağır sürətlə işləyir. Kompyuterinizin texniki detallarının güclü olmasına rəğmən bir müddət sonra gözlə görüləcək qədər performansda düşüş müşahidə olunur.·Pirat versiyalarda sistemin müdafiə divarı qırılmış olur.·Bəzi "Windows" yeniləmələrini almaq mümkün olmur. Microsoft şirkəti bu yeniləmələrlə sistemin həm stabil qalmasına, sistemdə mövcud olan texniki səhvlərin aradan qaldırılmasına və müdafiə sisteminin gücləndirilməsinə çalışır. Pirat versiyada bu funksiya sındırılmış və məhdudlaşdırılmış olduğu üçün bundan faydalanmaq mümkün olmur. Bəzi pirat versiyalarda bu yeniləmələri almaq mümkündür, amma bu zaman sistemin kodlarında dəyişikliklər olduğu üçün bu yeniləmələr sistemin tamamilə iflic olmasına gətirib çıxarır.·Əməliyyat sistemi ilə bağlı texniki dəstək ala bilmirsiniz.·Komputerə yüklənən proqram təminatları, sürücülər sistemdə düzgün işləməyə bilər. Hətta bəzi hallarda həmin proqram təminatları pirat sistemi dəstəkləmədiyi üçün yüklənməyə də bilər.·İstənilən casus proqram sizin sisteminizdən informasiyaları oğurlaya bilər.
Windows orijinal olub olmamasını necə anlamaq olar?
Bunu
öyrənməyin bir neçə üsulu vardır. Onlardan ilki kompyuter haqqında məlumata
baxmaqdır. Bunun üçün işçi stolunda "Bu kompyuter” (This PC) üzərində mousun sağ düyməsını sıxırıq. Açılan dialoq pəncərəsində "Özəlliklər” (Properties) bölməsini seçirik. Açılan pəncərədə isə ən altda "Product ID” hissəsində sizin əməliyyat
sisteminin açarı haqqında məlumat və əməliyyat sisteminin aktiv olduğu barədə
bildiriş olur.
Digər
bir yol isə "Windows Store" bölməsinə nəzarət etməkdir. Belə
ki, pirat versiyada bu yükləmələrdən faydalanmaq mümkün deyil.
Əməliyyat
sistemi orijinal olmadığı halda isə müəyyən zamandan sonra ekran qaralır, sağ
aşağı küncdə problemin kodu ilə əməliyyat sisteminin aktivləşdirilməsi tələb
olunur.
Bu problemi həll etmək üçün müxtəlif aktivatorlardan istifadə etdiyiniz təqdirdə Product ID sındırılır və bu zaman Microsoft şirkəti seriya nömrəsi olmadığından komputerinizə dəstək verə bilmir. Bu da əməliyyat sisteminin daha da zəifləməsinə və sizi potensial təhlükələrə daha da yaxınlaşdırmağa şərait yaradır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)