"Microsoft" yeni Windows-u təqdim etdi
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Microsoft” şirkəti yeni nəsil Surface kompüter seriyasından əlavə olaraq həmçinin əməliyyat sisteminin yeni versiyası Windows 10 Creators Update-i də təqdim edib.
Sözügedən yeni əməliyyat sistemi tamamlanmış
və virtual reallıqda 3D obyektlərlə işləmək xüsusiyyətini özündə daşıyır. Bu
istiqamətdə şirkət həmdə tərəfdaşlar tərəfindən istehsal olunacaq VR və AR (tamamlanmış reallıq) cihazlarını da anons edib. Şirkət 3D xüsusiyyətin hamı
üçün əlçatan olmasına şərait yaradıb. Əməliyyat sisteminin yeni versiyasında
üçölçülü obyektlər ilə işləmək üçün nəzərdə tutulmuş Paint 3D qrafik redaktoru əks
olunub. Başqa sözlə desək bu tətbiq 3D ilə çalışmaq üçün Paint-in təkmilləşdirilmiş
versiyasıdır. Bundan sonra istifadəçilər tətbiqdə 3D səhnələr yarada biləcəklər.
Onlar bunu, obyekti təkcə aşağı-yuxarı və sağa-sola istiqamətləndirməklə deyil,
həmdə dərinliyə istiqamətləndirərək edə biləcəklər. Tətbiqdəki yeni alətlərin
vasitəsilə istifadəçi hazır 3D obyekt kataloqundan və ya özünün
yüklədiyi obyektlərdən istifadə edərək fotolar yarada biləcək. Həmçinin
smartfon vasitəsilə realdakı obyekti hər tərəfdən çəkərək onu tətbiqə 3D
formatında yükləmək funksiyası da əlavə olunub.
3D dəstəkli qrafik redaktor
funksiyası ilə yeni Windows 10 Creators Update kifayətlənmir. Belə ki, 3D funksiyası həmçinin Microsoft Office paketinə və Edge brauzerinə inteqrasiya olunacaq. HoloLens cihazı ilə 3D obyektləri virtual və tamamlanmış reallıqda istifadə etmək mümkün
olacaq. Məsələn internet mağazadan hansısa mebeli almamışdan öncə onun 3D
modelindən istifadə edərək həmin mebelin sizin evin interyerinə uyub-uymayacağı
haqqında öyrənə bilərsiniz. "Microsoft” bildirib ki, onun virtual və
tamamlanmış reallıq cihazları "HP”, "Dell”, "Lenovo”, "ASUS” və "Acer” kimi
şirkətlər tərəfindən istehsal olunacaq. Onların qiymətləri isə 300$-dan başlayacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)