"Microsoft"un yeni texnologiyası, proqramçıları, işsiz qoya bilər
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Microsoft” şirkəti, Kembric Universiteti ilə birlikdə DeepCoder adlı proqram təminatı üzərində çalışır.
Sözügedən texnologiyada olan süni zəka, hazırlanan proqram təminatının
təsviri ilə çalışa bilir və artıq məlum olan işlək kod sətrləri ilə böyük məlumat
bazasında lazımi kodu tapa bilir. DeepCoder sanki elmi-fantatik kitablardan
çıxmış texnologiyaya bənzəyir. DeepCoder, böyük məlumat bazasından lazımi işlək
kodları çıxardaraq bir neçə saniyə ərzində özünün lazımi iş alqoritmini qurur. "Proqram
kodunun yazılmasının avtomatlaşdırılması texnologiyası çox inanılmazdır. Bu,
kod hazırlanması üçün sərf olunan böyük bir gücün aradan qaldırılması deməkdir.
Bu cür sistem, istənilən insandan daha keyfiyyətli iş təqdim edəcək. Bundan əlavə
olaraq daha əvvəllər yaradılması mümkün olmayan sistemlərin qurulması da mümkün
olacaq” – deyə Massaçusets Texnologiya İnstitutunun profesoru qeyd edib.
DeepCoder, hansı əsas kodun çalışıb çalışmadığını müəyyən etmək bacarığına
sahibdir.
Sözügedən texnologiya, işlək proqram təminatını bir neçə
saniyə ərzində yaradır. Digər köhnəlmiş sistemlər isə buna bir neçə dəqiqə vaxt
sərf edirlər. Belə ki, köhnə sistemlər hər bir kod birləşməsini, işləyəcəyi
vaxta qədər yoxlayır. Beləliklə "Microsoft”un yeni texnologiyası daha aöğıllı
platforma hesab edilir. Bununla belə proqramçılar hələki rahat ola bilərlər.
Proqram təminatlarının hazırlanmasının tamamilə avtomatlaşdırılması sistemi barədə
danışmaq hələki tezdir. Son testlərdə DeepCoder, 5 sətrlik kod hazırlanması məsələsindən
uğurla keçmişdir. Lakin süni zəka və neyron şəbəkələrinin inkişaf sürətini nəzərə
alsaq, onda bu cür texnologiyanın artıq işlək vəziyyətini biz bir neçə ildən
sonra əldə edə bilərik. Hətta elə bir vaxt gələcək ki, adi istifadəçi, kompüterə
istədiyi tətbiqin təsivirini verəcək və kompüter bir neçə saniyə ərzində hazır
interfeysli tətbiqin bir neçə versiyasını təqdim edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ