main-post-cover

    Middle-earth: Shadow of War oyununun ilk gameplay videosu təqdim olunub

    Digər
    07.05.2017
    Farid Pardashunas
    "Warner Bros. Interactive Entertainmentşirkəti, Monolith Productions studiyası tərəfindən hazırlanan Middle-earth: Shadow of War oyununun ilk gameplay videosunu təqdim edib. Təqdim olunmuş video, oyunun yenilənmiş mexanikasını və özəlliklərini əks etdirir. Middle-earth: Shadow of War oyununun hazırlanma mərhələsi hələ 2014-cü ilin Sentyabr ayında start götürmüşdü. Yəni, Middle-earth: Shadow of Mordor oyununun satışa çıxmasından sonra. Yeni oyun, oyunçulara tamamilə open-world mühit təqdim edəcək. Bu dəfə ərazilər birinci oyundakından daha böyük olacaqlar və oyunçular həmin əraziləri istədikləri kimi müşahidə edə biləcəklər. Həmçinin elə ərazilər də olacaq ki, onlar Mordor sərhədindən kənarda yerləşəcəklər. Yeni oyunda baş qəhrəmanın özünün güc üzüyü olacaq. Bu isə ona, Sauron və onun qorxunc məxluqları ilə eyni səviyyədə mübarizə aparmağa imkan verəcək. Üzüyün vasitəsilə baş qəhrəman, böyük orduları özünə tabe edə və onları, qalaları zəbt etməyə göndərə biləcək. Beləliklə o, Sauronun ərazilərini ələ keçirə biləcək. Oyunda orklar, qəbilələrə görə fərqlənəcəklər. Hər bir qəbilənin öz özəllikləri və döyüş xarakteristikaları olacaq.  Bir qalanı zəbt edəndən sonra həmin qalanı idarə etməsi üçün siz orklardan birini başçı olaraq seçməli olacaqsınız. Sizin seçimizdən asılı olaraq zəbt etdiyiniz qalanın ətraf mühiti dəyişəcək. Bundan əlavə olaraq həmin qalanı təkmilləşdirmək də mümkün olacaq. Middle-earth: Shadow of War bu ilin Avqust ayında PC, PS4 və Xbox One üçün satışa çıxacaq.
     
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər