
MilliKart "CİB" tətbiqinin "web" versiyasını təqdim etdi
Tech-Biznes
Elm & Texnologiya
e-ticaret
07.05.2017
Farid Pardashunas
Azərbaycanda bütün kartları özündə cəmləşdirən, ödəniş, ölkədaxili pul köçürülmələri edilə bilən "CİB" tətbqinə QR kod ilə "web" dəstəyi gəlib. Beləliklə istifadəçilər tətbiqdən istifadə edərək "web" versiyada təqdim olunan QR kodu oxudacaqlar. Bunun nəticəsində də istifadəçilər öz komputerlərindən ödənişləri çox asan və rahat bir şəkildə həyata keçirmək imkanına sahib olacaqlar.

Əlavə məlumat olaraq qeyd edək ki, "CİB" – mobil telefonunuzdan pul köçürməyə, xidmətləri ödəməyə və aparılmış əməliyyatların detallarına baxmağa imkan verən sadə və rahat mobil əlavədir. Hesaba məhdudiyyətsiz sayda kart əlavə etmək olar. CİB-in təqdim etdiyi əsas xidmətlərə hesabların ödənişi və pul köçürmələri daxildir. Bütün məlumatların "PCI DSS" standartlarına uyğun olaraq saxlanması sizin kart məlumatlarınızın təhlükəsizliyinə tam zəmanət verir. Tətbiqin digər bir üstünlüyü isə hazır şablon ödənişlər yaratmaqla növbəti ödənişlərin asanlaşdırılmasını təmin etməkdir. Tətbiqi "iOS" və "Android" ƏS üçün aşağıdakı keçidlərdən yükləyə bilərsiniz:
iOS istifadəçiləri üçün
Android istifadəçiləri üçün
Web versiya: web.cib.az
Linki kopyala
Həftənin xəbərləri

