Reklam
MilliKart "CİB" tətbiqinin "web" versiyasını təqdim etdi

MilliKart "CİB" tətbiqinin "web" versiyasını təqdim etdi

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Azərbaycanda bütün kartları özündə cəmləşdirən, ödəniş, ölkədaxili pul köçürülmələri edilə bilən "CİB" tətbqinə QR kod ilə "web" dəstəyi gəlib. Beləliklə istifadəçilər tətbiqdən istifadə edərək "web" versiyada təqdim olunan QR kodu oxudacaqlar. Bunun nəticəsində də istifadəçilər öz komputerlərindən ödənişləri çox asan və rahat bir şəkildə həyata keçirmək imkanına sahib olacaqlar.

 
Əlavə məlumat olaraq qeyd edək ki, "CİB" – mobil telefonunuzdan pul köçürməyə, xidmətləri ödəməyə və aparılmış əməliyyatların detallarına baxmağa imkan verən sadə və rahat mobil əlavədir. Hesaba məhdudiyyətsiz sayda kart əlavə etmək olar. CİB-in təqdim etdiyi əsas xidmətlərə hesabların ödənişi pul köçürmələri daxildir. Bütün məlumatların "PCI DSS" standartlarına uyğun olaraq saxlanması sizin kart məlumatlarınızın təhlükəsizliyinə tam zəmanət verir. Tətbiqin digər bir üstünlüyü isə hazır şablon ödənişlər yaratmaqla növbəti ödənişlərin asanlaşdırılmasını təmin etməkdir. Tətbiqi "iOS""Android" ƏS üçün aşağıdakı keçidlərdən yükləyə bilərsiniz:

iOS istifadəçiləri üçün
Android istifadəçiləri üçün

Web versiya: web.cib.az


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Amazonun yeni funksiyalı qulaqcıqları

Amazon şirkəti yeni qulaqçıqların patentini alıb. Gerçəkləşəcəyi təqdirdə bu qulaqcıqlar musiq..

×