Milyonlara Gmail, Hotmail və Yahoo Mail hesabları oğurlandı

Milyonlara Gmail, Hotmail və Yahoo Mail hesabları oğurlandı

Texnologiya
08.05.2017 PAYLAŞIM

Gmail, Hotmail və Yahoo Mail hesabları oğurlandı. Şifrənizi dəyişin!

Son zamanlarda artan kiber hücumların siyashısına biri daha əlavə olundu. Bizim üçün çox önəmli olan e-mail adreslərimiz, mütəxəssislərin dediyinə görə ələ keçirilmiş ola bilər.
Təhlükəsizlik testləri edən və sistemlər yaradan Hold Security\'də işləyən təhlükəsizlik mütəxəssisi Alex Holden, kimliyi hələ də bilinməyən hacker\'lərin Hotmail, Gmail və Yahoo Mail hesablarını ələ keçirdiklərini söyləyiblər. Ümumi olaraq 273.3 milyon mail hesabınə ələ keçirməyi bacaran hacker\'lar, oğurlamış olduqları hesabları 1 dollardan satışa çıxarırlar. 
Bu hadisə qarşısında heç nə edə bilməyəcəklərini və bütün hesab məlumatlarının oğurlandığını deyən Alex Holden, paylanan bu məlumatların şirkətlərə geri göndərməyə çalışacaqlarını, amma məlumtların yayılmasına qarşı isə bir şey edə bilməyəcəklərini deyib. Bu kiber hücumdan 10 gün qabaq şirkətləri xəbərdar edən Hold Security, şirkətlərin mail sistemində olan böyük boşluq səbəbilə məlumatların ələ keçirildiyini açıqladı.

Ələ keçirilən hesablardan 57 milyonu Mail.ru\'ya, 40 milyonu Yahoo Mail\'ə, 33 milyonu Hotmail\'ə və 24 milyonu Gmail\'ə aiddir. Eyni zamanda bəzi alman və çin mənbələri də hesabların ələ keçirildiyini söyləyib. 1 milyardan çox email hesaba sahib olduğunu bildirən Gmail və ya dünyanın ən çox istifadə olunan email adresi Hotmail kimi şirkətlərin sadəcə cüzi miqdarda hesab itirdiyini deyə bilərik. Amma yenə də, mail adreslərinizin şifrəsini dəyişməyiniz məsləhətdir.




DAHA ÇOX


Notepad proqramı ilə edə biləcəyiniz 7 maraqlı əməliyyat

Kompyuterinizdə olan Notepad proqramının əslində bir çox funksiyaları olduğunu bilirdinizmi? Bu..


Microsoft haqqında çoxlarının bilmədiyi 17 maraqlı fakt

1. Səhmlər   13 Mart 1986-cı ildə 21 dollara bir Microsoft səhmi alsaydınız, b..


Facebook 'da işləmək üçün lazım olan 5 xüsusiyyət

2004-cü ildə yaradılan Facebookun işçilərinin sayı 2009-cu ilə qədər 1000 nəfərə çatmamışdı. ..


Samsung haqqında çoxlarının bilmədiyi 9 maraqlı fakt

Elektronika ve mobil sahədə imperatorluq qurmuş olan Samsung\'un maraqlı keçmişindən bir hissəni siz..


Twitter yenə çökdü

Twitter artıq yenə çökdü. Dünən axşamdan başlayan gecikmələr, bu gün səhər bütün dünyada çö..


Root etmədən android smartfonlarda arxa fonda youtube 'da mahnılara qulaq asmaq...

Demək olar youtube\'a hər gün müraciət edirik. Müraciət etməyimizin əsas səbəblərindən biri mahn..

×