Milyonlarca Android istifadəçisi Telegram məsajlaşma xidmətindən məhrum oldu!
Sosial Media
07.05.2017
Farid Pardashunas
Telegram heç bir xəbərdarlıq etmədən öz dəstəyini Android platforması üzərindən çəkib.
Telegram tətbiqi ölkəmizdə bir çox istifadəçilər
tərəfindən geniş istifadə olunan platformalardan biridir. Amma artıq bəzi
Android istifadəçiləri bu məsajlaşma vasitəsindən istifadə edə bilməyəcək.
Çünki Telegram Android 2.2, Android 2.3 və Android 3.0 versiyalarından dəstəyini
çəkib. Bundan sonra Telegram istifadə etmək istəyən Android istifadəçiləri ən
azından Android 4.0 İce Cream Sandwich-ə sahib olmalıdırlar.
Telegram nümayəndələrinin verdiyi məlumata
görə bu platformanın aylıq istifadəçi sayı 100 milyon təşkil edir. Bundan əlavə
hər gün 350.000 yeni istifadəçi tətbiqin istifadəçisinə çevrilir. Platformadan
istifadə edən Android istifadəçiləri təqribən 14% təşkil edir. Android 2.2, Android
2.3 və Android 3.0 versiyası isə ümumilikdə 19 milyon 600 min cihazda istifadə
olunur.
Telegram nümayəndələri mövzu ilə bağlı hələ
ki, rəsmi açıqlama verməyib. Telegramın belə bir addım atmasının səbəbi sistemi
daha irəli səviyyədə inkişaf etdirməklə əlaqədar ola bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ