Misir ehramlarında müəmmalı istilik anomaliyaları aşkar olunub!

Misir ehramlarında müəmmalı istilik anomaliyaları aşkar olunub!

08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Arxitektor və alimlərdən ibarət beynəlxalq heyət Giza ehramında "termal anomaliya" sahəsi aşkar edib.
Misirin Qədim Abidələr Nazirliyi rəsmilərinin bildirdiyinə görə, termal skanerlərlə müayinə zamanı Nəhəng ehram ətəyində yanaşı yerləşən üç daşın digərlərinə nisbətən daha çox qızdığı aşkar olunub.
Rəsmilərin bildirdiyinə görə, bu hal ehram daxilində boş sahələrin möcvudluğu, içəridəki havanın dövr etməsi və ya daşlardakı struktur fərqilə bağlı ola bilər.
Qədim misir fironlarının məqbərələri eramızdan əvvəl 2613-2494 illərdə ucaldılıb.
Misir, Fransa, Kanada və Yaponiya alimləri infraqırmızı termoqrafiyadan istifadə edərək ehramları səhər tezdən, gün doğan zaman daş örtüyü qızanda və axşam, gün batanda daş örtüyü soyuduğu zaman müayinə ediblər.
Nəhəng ehramın ətəyində yerləşən daşların daha çox qızdığı müəyyən olunub.
Ekspertlərin gəldiyi nəticəyə əsasən, "qızma və soyuma mərhələlərində bütün abidələrdə termal anomaliyalar müşahidə olunub".
 
Alimlər bunu ehramların daxilində boşluq və içəridəki havanın hərəkətilə əlaqələndirirlər.
 
Termal anomaliya effekti daha qabarıq şəkildə Nəhəng ehram kimi tanınan Xeops ehramının şərq hissəsində müşahidə olunub.
Misirin Qədim Abidələr naziri Mamdouh əl-Damati (solda) alimlərin kəşfi barədə bazar ertəsi bildirib.
 
 
 
Ekspertlər ehramların tədqiqatını davam etdirmək niyyətindədirlər.
Oktyabrın 25-dən başlamış "Operation Scan Pyramids" layihəsinin gələn ilin sonunadək davam edəcəyi nəzərdə tutulub.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


3 yeni planet kəşf olundu

Qətər elm adamlarının araşdırmalarının nəticəsində 3 yeni planet kəşf olundu. Qətər rəsmi x..


Dünya 'nın yaranması ilə bağlı yeni nəzəriyyə ortaya atılıb!

Dünya’nın yaranması ilə bağlı UCLA Universiteti’ndən olan araşdırmaçılar yeni bir dəlil ortaya..


CİA illərdir gizlətdiyi UNO sənədlərini ortaya çıxardı!

İllərdir yadplanetlilər varmı, yoxmu mövzusunda minlərlə yazı yazıldı, araşdırma edildi. Minlərc..


Elm adamları Asteroidin planetimizlə toqquşmamasının yollarını axtarır!

Bundan milyonlarla il əvvəl 10 km böyüklüyündə bir asteroidin planetimizlə toqquşması zamanı dinoza..


Tarixin 7 ən sirli fotosu!

Texnologiya inkişaf etdikcə onun imkanları daha da genişlənir. Texnologiyanın yaranma tarixi yoxdur...


İnsan beyni ilə işləyən çip hazırlanır!

Çinlilər texnologiya ilə bərabər artıq elm sahəsində də uğurlu addımlar atırlar. Hangcou elm və t..

×