main-post-cover

    Mobil cihaz təmiri ilə məşqul olanlar üçün "Xiaomi"dən yeni cihaz

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Xiaomi” şirkəti müxtəlif növ cihazların istehsalı ilə məşquldur. Bura smartfonlar, planşetlər, hava təmizləyiciləri və s. daxildir. İndi isə şirkət tamamilə yeni məhsulu təqdim edib.

    Söhbət WowStick 1fs adlı elektrikli vintaçan cihazdan gedir. Sözügedən cihaz "Xiaomi”ə məxsus "Mijia” şirkəti tərəfindən istehsal olunur. Elektron vintaçan işıq diodlu fonar ilə təchiz olunub. Bundan əlavə olaraq cihazın komplektində müxtəlif növ vintlər üçün nəzərdə tutulmuş 18 ədəd başlıq mövcuddur. Technote.az-ın "Ubergizmo.com” saytına istinadən verdiyi xəbərə əsasən vintaçan alüminiumdan hazırlanıb və onun çəkisi 234 qramdır. Başlıqların fırlanması isə dəqiqədə 100 dövrə bərabərdir. Enerji mənbəyi kimi cihaz 2 ədəd AAA tipli batareyalardan istifadə edir. Əgər əl altında şarj vasitəsi olmasa ondan adi vintaçan kimi də istifadə etmək mümkündür. Hal-hazırda elektron vintaçan üçün ön sifarişi aktivləşib. Onun indiki qiyməti 30$ təşkil edir. Satışlara nə vaxt start veriləcəyi bilinməsə də həmin vaxtda onun qiyməti artıq bahalaşacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər