main-post-cover

    Mobil cihazlar beyin xərçənginə yol açırmı?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Uzun sürən tədqiqatlar sonrası alimlər müasir dövrün vacib suallarından birinə tam dəqiq cavab veriblər. Mobil telefonlar beyin xərçənginə gətirib çıxardırmı? Mobil telefonların zərərləri haqqında söz söhbətlər uzun illərdirki var. Lakin bir çox tədqiqatlar bu suala tam dəqiq cavab verə bilmirdi. İndi isə Sidney Universitetinin alimləri mobil telefonlar ilə beyin xərçəngi kimi ölümcül xəstəliklər arasındakı əlaqənin olub olmaması sualına demək olar ki, aydınlıq gətiriblər. Alimlər 30 illik məlumatları müşahidə edərək bildiriblər ki, mobil telefonlar ilə beyin xərçəngi xəstəliyi arasında heç bir əlaqə yoxdur. Avstraliyada ilk mobil telefonlar 1987-ci ildə yayılmışdı. O vaxt mobil cihazlardan çox az adam istifadə etsə də indi 90% avstraliyalı şəxs mobil cihazlardan istifadə edir. Lakin mobil telefonların sayının artması beyin xərçəngi göstəricilərinə heç bir təsir etmədi. Beyin xərçəngi xəstəliyinin kəskin şəkildə artması məhz 80-ci illərə təsadüf edir. Həmin illərdə isə mobil telefonlardan həddən artıq az sayda insan istifadə edirdi. Buna baxmayaraq elə tədqiqatlar da var ki, sözügedən müşahidələrin tam əksini söyləyir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər