
Mobil operatorlar necə gəlirlərini artırmalıdır ?
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
2015-ci ildə mobil data trafiki %74
böyüyərək aylıq ortalama 3.7 exabyte oldu. 4G mobil bağlantıların həcmi ümdə
%14 faiz olsa da mobil data trafikinin %47-si məhz 4G mobil bağlantılarından gəldi.
3G mobil bağlantıların həcmi ümdə %34 olsa da mobil data trafikinin %43-i 3G mobil
bağlantılardan gəldi. Qısaca bir 4G-yə
bağlı cihazın istifadə etdiyi trafik, 2G/3G bağlantısı olan bir cihazdan
ortalamada 6 dəfə çox oldu.
Dünyanın ən qabaqcıl operatorları artıq
öz ənənəvi stansiyalarını 4G(LTE və LTE Adv.) stansiyaları ilə əvəz etməyə
başladı. Azərbaycanda hər 3 operator (Nar, Azercell, Bakcell) 4G infrastruktur
işlərinə davam edə-edə 4G data paketlerənin reklamlarına başladı.
Ama unutduqları 2 nüans var idi: Qiymət və Əlavə Dəyərli Xidmətlər (ƏDX)
Operatorlar | 1GB- üçün orta qiymət |
Azercell | 5 AZN |
Bakcell | 7 AZN |
Nar | 4 AZN |
Avropa Ortalama | 4 AZN |
Azərbaycan alıcısı üçün 1GB-a ortalama
4AZN ödəmək çox yüksəkdir. Avropa ölkələrində ortalama nominal əmək haqqı 1.375
AZN olsa da Azərbaycanda 449.5 AZN-dir.

Məhz buna görə Azərbaycanda data istifadəçilərin
bir çoxları mobil data yerinə hər yerdə pusluz
Wi-fi axtarırlar. Wi-fi-nin bu qədər sürətlə əhatə dairəsini genişlətməsi və
sosial ehtiyac olaraq görülüb dövlət tərəfindən ictimai yerlərdə
yayğınlaşdırılması, operatorların mobil data trafik gəlirlərinə böyük zərbələr
endirəcək. Belə ki, dünyada mobil telefonlardan istifadə olunan trafikin 51%-i Wi-fi* (Fiber, ADSL və s.) və 49%-i
2G/3G/4G üzərindən ötürülür.
Operatorlar
necə gəlirlərin artırmalıdır ?
Ənənəvi səsli danışıq trafikinin gəlirlərinin
hər il azala azala getməsi yerini messenengerlərə verməsi operatorların Biznes
İnkişafı Departamentlərinin qara günlərini çoxdan gətiribdir. Təkcə WhatsApp-ın
Mobil Operatorlara 26.3 milyard dollar zərər verdiyi hesablanmışdı. Ərəbistandakı
kimi kimsə ölkədə WhatsApp-ı, Viberi bağlama yoluna getməyəcək. İnternetin azad
olduğu və Avropa ölkəsi yolunda sürətli gedən Azərbaycan bunu etməsi mümkün
görünmür.
OTT
bağlanmasa batarıq nə edək bəs ?
Ənənəvi əlavə dəyərli xidmətlər (ƏDX):
qudok yerinə musiqi, anonim chat, bilinməyən nömrələr, mesaj servis abunəlikləri əvvəl ki gəlir trendini
çoxdan itirib. Yeni ƏDX yaratmaq lazımdır. Dünyanın qabaqcıl operatorları M2M,
İOT (Əşyaların interneti), Bulud Xidmətləri (Cloud) kimi məhsullarını çoxdan
yaradıb müştərilərinə satmağa başlayıblar. 2015-ci ildə İOT 4.11 milyard dollar
bazar yaradıb və 2020-yə qədər 13.49 milyard dollara yüksələcək. Bulud Bazarı
isə 2015-də 106 milyard dollar gəlir gətirib və bu həcm 2020-ci ildə 300
milyard dollar olacaq.

- Bulud Bazarı
Ən çox bazar payına sahib olub sürətli
inkişaf edə bilən Bulud Xidmətləri mobil operatorlar üçün proriter ƏDX
olmalıdır. Məsələn qonşu Türkiyədə ən böyük operatorlardan olan Türk Telekom
bir çox bulud xidmətini (TT Müzik, Tivibu IPTV, Vitamin, Ailə və s) öz istifadəçilərinə
satmağa başladı və ciddi gəlirlər əldə etdilər. Hətta Cristiano Ronaldo kimi dünya ulduzunu 4.5G
(LTE-Advanced) reklamlarında oynatmağı bacardılar.
Mobil
Operatorlarda Bulud Bazarı:
Bütün Mobil operatorların bulud xidmətlərinə
maraqı olsada bir Mobil Operator artıq ilk bulud xidmətlərini tanıdan reklam
çarxını hazırlayıb. Nar digər rəqiblərindən daha sürətli davranaraq VPS,
Office, Exchange kimi məhsullara vurğu edərək reklam edib. Amma təəssüf ki,
saytlarında qiymətlər barədə heç bir məlumat yoxdur. CityNet-i satın alaraq
fiber müştərilərinə yaradacağı ƏDX xidmətləri satmaq istəyən Nar-ın
strategiyası düzgün görünür.
Gözləyək
görək bulud bazarında Azercell və Bakcell nə edəcək.
Biznesin inkişafı üzrə mütəxəssis
Linki kopyala
Həftənin xəbərləri

