Mobil operatorlar necə gəlirlərini artırmalıdır ?

Mobil operatorlar necə gəlirlərini artırmalıdır ?

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

2015-ci ildə mobil data trafiki %74 böyüyərək aylıq ortalama 3.7 exabyte oldu. 4G mobil bağlantıların həcmi ümdə %14 faiz olsa da mobil data trafikinin %47-si məhz 4G mobil bağlantılarından gəldi. 3G mobil bağlantıların həcmi ümdə %34 olsa da mobil data trafikinin %43-i 3G mobil bağlantılardan gəldi. Qısaca bir 4G-yə bağlı cihazın istifadə etdiyi trafik, 2G/3G bağlantısı olan bir cihazdan ortalamada 6 dəfə çox oldu.



Dünyanın ən qabaqcıl operatorları artıq öz ənənəvi stansiyalarını 4G(LTE və LTE Adv.) stansiyaları ilə əvəz etməyə başladı. Azərbaycanda hər 3 operator (Nar, Azercell, Bakcell) 4G infrastruktur işlərinə davam edə-edə 4G data paketlerənin reklamlarına başladı.

Ama unutduqları 2 nüans var idi: Qiymət və Əlavə Dəyərli Xidmətlər (ƏDX)

Operatorlar

1GB- üçün orta qiymət

Azercell

5 AZN

Bakcell

7 AZN

Nar

4 AZN

Avropa Ortalama

4 AZN

Azərbaycan alıcısı üçün 1GB-a ortalama 4AZN ödəmək çox yüksəkdir. Avropa ölkələrində ortalama nominal əmək haqqı 1.375 AZN olsa da Azərbaycanda 449.5 AZN-dir.


 

Məhz buna görə Azərbaycanda data istifadəçilərin bir çoxları mobil data yerinə hər yerdə pusluz Wi-fi axtarırlar. Wi-fi-nin bu qədər sürətlə əhatə dairəsini genişlətməsi və sosial ehtiyac olaraq görülüb dövlət tərəfindən ictimai yerlərdə yayğınlaşdırılması, operatorların mobil data trafik gəlirlərinə böyük zərbələr endirəcək. Belə ki, dünyada mobil telefonlardan istifadə olunan trafikin 51%-i Wi-fi* (Fiber, ADSL və s.) və 49%-i 2G/3G/4G üzərindən ötürülür.


Operatorlar necə gəlirlərin artırmalıdır ?

Ənənəvi səsli danışıq trafikinin gəlirlərinin hər il azala azala getməsi yerini messenengerlərə verməsi operatorların Biznes İnkişafı Departamentlərinin qara günlərini çoxdan gətiribdir. Təkcə WhatsApp-ın Mobil Operatorlara 26.3 milyard dollar zərər verdiyi hesablanmışdı. Ərəbistandakı kimi kimsə ölkədə WhatsApp-ı, Viberi bağlama yoluna getməyəcək. İnternetin azad olduğu və Avropa ölkəsi yolunda sürətli gedən Azərbaycan bunu etməsi mümkün görünmür.


OTT bağlanmasa batarıq nə edək bəs ?

Ənənəvi əlavə dəyərli xidmətlər (ƏDX): qudok yerinə musiqi, anonim chat, bilinməyən nömrələr, mesaj servis abunəlikləri əvvəl ki gəlir trendini çoxdan itirib. Yeni ƏDX yaratmaq lazımdır. Dünyanın qabaqcıl operatorları M2M, İOT (Əşyaların interneti), Bulud Xidmətləri (Cloud) kimi məhsullarını çoxdan yaradıb müştərilərinə satmağa başlayıblar. 2015-ci ildə İOT 4.11 milyard dollar bazar yaradıb və 2020-yə qədər 13.49 milyard dollara yüksələcək. Bulud Bazarı isə 2015-də 106 milyard dollar gəlir gətirib və bu həcm 2020-ci ildə 300 milyard dollar olacaq.


  • Bulud Bazarı

 

 

Ən çox bazar payına sahib olub sürətli inkişaf edə bilən Bulud Xidmətləri mobil operatorlar üçün proriter ƏDX olmalıdır. Məsələn qonşu Türkiyədə ən böyük operatorlardan olan Türk Telekom bir çox bulud xidmətini (TT Müzik, Tivibu IPTV, Vitamin, Ailə və s) öz istifadəçilərinə satmağa başladı və ciddi gəlirlər əldə etdilər. Hətta Cristiano Ronaldo kimi dünya ulduzunu 4.5G (LTE-Advanced) reklamlarında oynatmağı bacardılar.

 

Mobil Operatorlarda Bulud Bazarı:

Bütün Mobil operatorların bulud xidmətlərinə maraqı olsada bir Mobil Operator artıq ilk bulud xidmətlərini tanıdan reklam çarxını hazırlayıb. Nar digər rəqiblərindən daha sürətli davranaraq VPS, Office, Exchange kimi məhsullara vurğu edərək reklam edib. Amma təəssüf ki, saytlarında qiymətlər barədə heç bir məlumat yoxdur. CityNet-i satın alaraq fiber müştərilərinə yaradacağı ƏDX xidmətləri satmaq istəyən Nar-ın strategiyası düzgün görünür.

Gözləyək görək bulud bazarında Azercell və Bakcell nə edəcək.

 

Biznesin inkişafı üzrə mütəxəssis

Nicat Manafov

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×