main-post-cover

    Mobil telefon alan zaman nələrə diqqət etmək lazımdır?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     

    Smartfonlar artıq həyatımızın bir hissəsinə çevrilib. Avtobusda, metroda , yatanda , duranda telefon yanımızda olmasa özümüzü pis hiss edirik. Bəs smartfonu alarkən nələrə diqqət etmək lazımdır?

    Smartfon alarkən bir neçə aspektlərdən məsələyə baxmaq lazımdır. Biz, iki xəyali şəxs təsəvvür edərək onlara mobil telefon seçəcəyik. Əvvəlcə siz istəyinizə uyğun olan telefonların listini tumalısınız.
    Əhməd - Pulu çoxdur, multitasking’dən çox istifadə edir, böyük ekranlı telefonları bəyənir.
    Rəhim - Əli böyükdür , pulu azdır, telefonu hərdən istifadə edir, Əhməd kimi böyük ekranlı telefonlara üstünlük verir.
    Əsas diqqət edilməsi lazım olan məqamlar aşağıdakılardır:
    1. Seqmentlər və qiymət - Smartfon istehsalçıları mobil telefonları müxtəlif alıcıların cibinə uyğun olaraq istehsal edir və smartfonlar ümumi olaraq aşağı, orta ve yuxarı seqmentə ayrılırlar. Bunları biribirindən performansı, keyfiyyəti, iş qabiliyyəti kimi fərqlər ayırır. Siz hansı smartfonun sizə uyğun olduğunu axtarışa çıxmamışdan əvvəl telefon üçün nə qədər pul ayıra biləcəyinizi nəzərinizdə tutmalısınız.
    Əhməd: 350-450 dollar (Galaxy Note 4Galaxy S6Xperia z3 compactiPhone 6sGalaxy A5)
    Rəhim: 250 - dollar (Xiaomi redmi NoteGalaxy A3Galaxy J7iPhone SE) Rəhimin iPhone’a pulu çatmadığı üçün onu siyahıdan çıxarır.
    2. Ölçü - Telefonun gündəlik istifadəsinə ölçüsü ən çox təsir edən amillərdəndir. Həmişə diqqət edin ki, telefon əlinizə rahat yerləşsin. Əgər rahat yerləşməsə əlinizdən düşmə ehtimalı yüksəkdir.
    Əhməd: 350-400 dollar ( Galaxy Note 4Galaxy S6Xperia z3 compactiPhone 6sGalaxy A5 )
    Rəhim: 250 - dollar ( Xiaomi redmi NoteGalaxy A3Galaxy J7 )
    Kiçik telefon istəməyən Əhməd Xperia z3 compact'ı, uyğun olaraq Rəhim Galaxy A3-ü siyahıdan çıxardır.
    3. Performans - Telefonun performansı ən əsas göstəricilərdən biridir. Əsasən yuxarı seqment telefonlar daha güclü olur. Siz əgər eyni vaxtda daha çox proqram istifadə edirsinizsə (multitasking) , aldığınız telefonunun RAM-ının həcminin daha çox olmasına diqqət etməlisiniz (1.5+ GB). Əgər ağır 3D oyun həvəskarısınızsa telefonun prosessorunun güclü olmasına diqqət etməyiniz vacibdir (Snapdragon 6xx və ya 8xx) . Əgər aşağı seqment telefon alacaqsınızsa telefonun performansı sizi qane etməyə bilər. Burada əsas bir nüansı diqqətə almaq lazımdır ki, telefonun performansı yüksək olarsa o daha çox enerji sərf edir. Ona görə də telefonun gündəlik istifadədə batareya həcmi çox olan telefona üstünlük verməlisiniz (3000+mah). Telefonun ekranının keyfiyyəti də enerji sərfiyyatına təsir edir. (Keyfiyyətli görüntü üçün 5 inç ölçüyə qədər telefonlarda 720p-yə , 5 inç-dən böyük telefonlarda 1080p və daha yaxşısına üstünlük verin)
    Əhməd: 350-400 dollar (Galaxy Note 4Galaxy S6, iPhone 6s)
    Rəhim: 250- dollar (Xiaomi redmi NoteGalaxy J7)
    Əhməd Galaxy A5-i istədiyi performansda olmadığı üçün siyahıdan çıxardır. Əhməd Note 4, Galaxy S6, İphone 6s modelləri arasında qalır. Note 4 , S6-dan daha boyük və eyni firmanın modeli olduğu üçün S6-nı siyahısından silir və Note 4 ilə İphone 6s arasında seçim etməli olur. Əgər siz belə bir iki oxşar smartfon arasında seçim etmək məcburiyyətində qalırsınızsa artıq zövqünüzə uyğun olanını seçməlisiniz. Əhməd daha çox (customization) sevdiyi üçün Galaxy Note 4 seçir. Gələk Rəhimə. Rəhim telefonu az istifadə etsə də onun üçün telefonda batareya tutumu əsas amildir. Ona görə də o Xiaomi redmi Note seçimini edir.
    Əgər siz də telefon seçimi etməkdə çətinlik çəkirsinizsə bizə müraciət edə, yaxud bu linkdən zövqünüzə uyğun modellərlətanış olub qiyməti ilə maraqlanıb dərhal sifariş verə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər