main-post-cover

    Mobil telefondan az istifadə etməyin 4 üsulu.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Telefonlar artıq həyatımızın ən önəmli vasitələrindən birinə çevrilib. Telefon əvvəlcə ünsiyyət vasitəsi kimi kütləvi satışa çıxmışdı lakin hal hazırda o, saat, kalendar, sosial şəbəkə, oyun konsolu, fotoaparat kimi funksiyaları yerinə yetirir. Bütün bunların müsbət xüsusiyyətləri olsada , ən əsas mənfi cəhəti telefonun əlimizdən düşməməsidir. Bir neçə iradi yollarla bunu aradan qaldıra bilərik.
     
    1. Telefonu səssiz rejimə qoyun. Titrəşim yox, səssiz rejimə. Belə olduqda telefonunuza bildiriş gəldiyini bilməyəcəsiniz və cibinizdən daha az çıxardacaqsınız.


     
    2.Telefonunuzdan çox istifadə etdiyiniz proqramları və oyunları silin. Bu telefonu daha az istifadə etmənizə köməklik göstərməklə yanaşı, həmçinin telefonunuzun batareyasının daha uzun müddət qalmasına təsir edəcək.

     
    3.Ağıllı saatlardan istifadə edin. Telefonda görəcəyiniz çox işi ağıllı saat vasitəsilə görə bilərsiniz. (Saata baxmaq, ayın tarixinə baxmaq, hava və sairə)
     

     
    4. Bütün bunlardan əlavə daha effektiv sınanmış üsul vardır. Dostlarınızla bağlı məkanda görüşərkən hərkəs telefonu üzü üstə masanın ortasına qoyur. Telefona ilk əl uzadan şəxs hamının hesabını verməlidir. Bu nəinki sizin birbirinizlə rahat söhbət etməyə şərait yaradacaq, hətta bu üsulla günlərlə telefonsuz qalmaq mümkündür.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər