iPhone-larda olan mobil trafikin sərfiyyatı son zamanlar qorxudu hal alıb. Bir iPhone istifadəçisi kimi artıq aylır 1GB trafik paketin qətiyyən çatmadlğını bildirə bilərik. Bəs bu trafik hara "uçur" ? Bu suala konkret cavab vermək mümkün deyil. Lakin heç bir əlavə proqram olmadan sizin trafikin hansı proqramların "yediyini" öyrənə bilərsiniz.
Bunun üçün iOS cihazınızın Settings bölümündən Cellular Data bölümünə keçmək kifayət edər. Burada bütün proqramlar haqqında ətraflı statistika var. Hansı proqramın nə qədər trafik sərf etdiyini asanlıqla öyrənə bilərsiniz.
Burada xüsusi diqqət System Services-ə yönəlir. Buradakı bəzi funksiyalar mobil trafiklə birlikdə telefonun enerji sərfiyyatınada mənfi təsir edir. Ona görə diqqətlə yoxlayıb sizə lazım olmayan funksiyaları söndürmək lazımdır. Əsas məsləhətimiz isə limitli trafik paketi istifadə edənlərin WiFi Assist funksiyasını bir dəfəlik unutmaqlarıdır.
Şərh yoxdur