main-post-cover

    Mobil YouTube istifadəçilərinin çoxdan gözlədikləri funksiya gəldi (VİDEO)

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Məşhur YouTube videoservisinin komandası, mobil telefon vasitəsilə canlı yayım funksiyasının əlavə olunduğunu elan edib.

    Bundan sonra mobil telefon vasitəsilə canlı yayım funksiyası hamı üçün aktiv olacaq. Sözügedən funksiya, servisin mobil tətbiqinə inteqrasiya olunub. Canlı yayıma başlamaq üçün sadəcə olaraq buna görə nəzərdə tutulmuş düyməyə klikləmək lazımdır. Hal-hazırda yeni funksiya yalnız 10.000 izləyicisi olan istifadəçilər üçün aktiv olsa da, yaxın zamanda hamı üçün təqdim ediləcək. Bundan əlavə olaraq YouTube-da daha geniş Super Chat özəlliyi əlavə olunacaq. Qeyd etmək lazımdır ki, keçən ay YouTube-a ödənişli şərhlər funksiyası əlavə edilmişdi. İndi həmin funksiya daha 20 ölkə üçün aktiv edilib. Ödənişli şərh vasitəsilə yazılmış şərh, çatın yuxarı hissəsində müəyyən vaxt ərzində xüsusi rəngdə qalır. İstifadəçinin isə hansı ölkədə yaşamasından asılı olaraq şərhlərin qiymətləri dəyişir.
     
     
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər