main-post-cover

    Mona Lisa Əsərinin Sirri Açılır!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Parisdəki Louvre Muzeyində olan Mona Lisa portretini 11 ildir araşdıran Pastal Cotte portretin sirrini böyük ölçüdə üzə çıxardığını iddia edir.
    Leonardo Da Vinci’nin 16. əsrdə qavaq dəri üzərinə yağlı boya ilə həyat verdiyi ‘İndiyə qədər gülən ən gözəl qadın’ olaraq bilinən Mona Lisa portretinin sirri uzun bir araşıdırma sonrasında böyük ehtimalla üzə çıxıb.

    Parisdəki Louvre Muzeyində saxlanılan portret üzərində 11 ildir araşdırma edən Pascal Cottenin iddialarına görə bu rəsmdə başqa bir qadın fiquru daha təsvir olunub. Cotte, Da Vinci’nin Mona Lisa əsərində daha öncə bir qadın rəsmi çəkdiyini iddia edir. O vurğulayır ki, portretin altında daha bir portret var və burada "böyük bir burun, incə dodaqlar və qaba əlləri olan bir qadın" təsvir olunub. 


    Portretin sirrini açmağa çalışmaq üçün Qat Aşkarlama Sistemi (LAM) adlı bir texnika yaradan Cotte, yaratdığı bu texnika sayəsində kamera vasitəsilə işıqların şüalanmasını ölçərək rəsmin qatları arasında nə olduğunu üzə çıxarmağa çalışır. Cotte yeni yaratdığı bu sistem haqqında "Qat Aşkarlama Sistemi ilə soğan kimi qatlara ayırdığımız portretin yaradılması ilə bağlı bütün mərhələləri görə bilirik" deyə vurğulamışdı.


    Fransız elm adamı olan Cottenin bu iddiaları ilə bağlı Louvre Muzeyindən hələ ki, heç bir açıqlama edilməyib. Keçən aylarda isə Lisa Ghererdini olduğu iddia edilən portretdəki insanın qəbrinin tapılması üçün DNT testi tələb olunmuşdu. Lisa Gherardininin Leonardo Da Vinciyə 1503-1506-cı illər arasında modellik etdiyi iddia olunur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər