main-post-cover

    Mortal Kombat X-in PS3 və Xbox 360 versiyaları ləğv olunub

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas
    Keçən gecə Warner Bros. Interactive Entertainment şirkəti Mortal Kombat X oyununun PS3 və Xbox 360 versiyalarının ləğv olunduğunu bildirib. Daha əvvəl oyunu hazırlayan studiya oyunun çıxış tarixini dəfələrlə dəyişib. Lakin nəticədə onlar oyunu tamamilə ləğv etməyi qərara alıblar.
    "Oyunu PS3 və Xbox 360 konsolları üçün hazırlayarkən biz istədiyimiz keyfiyyətə sahib ola bilmədik. Buna görə çox heyfsləndik və oyunu keçmiş nəsil konsollar üçün ləğv etdik. Əgər siz Mortal Kombat X oyununu PS3 və Xbox 360 konsolları üçün pre-order etmisinizsə onda mağazaya müraciət edərək öz pul vəsaitlərinizi geri ala bilərsiniz" - deyə şirkət rəsmisi bildirib. Qeyd edək ki, Mortal Kombat X bu ilin aprel ayında PC, PS4 və Xbox One üçün satışa çıxmışdır.
    Linki kopyala