main-post-cover

    Moto M-in foto və texniki göstəriciləri anonsundan öncə sızdırıldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Biz artıq Moto M smartfonunun prezentasiya tarixi və Lenovo brendinin Moto brendinə dəyişilmə ehtimalı haqqında xəbər vermişik.

    İndi isə internetə rəsmi təqdimatı hələ baş tutmayan Moto M cihazının fotoları və bütün məlumatları sızdırılıb. "Technote.az"ın "Gizmochina"ya istinadən verdiyi xəbərə əsasən Moto M, metal və sudan qorunan korpusa sahib olacaq. Cihaz 5.5 inç Full HD ekran, yeni 8 nüvəli MediaTek Helio P15 prosessoru, 4 GB RAM, 32 GB daxili yaddaş və 3050 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Kameralara gəldikdə isə smartfon 16 MP-lik arxa və 8 MP-lik ön kameraya sahib olacaq. Moto M həmçinin iki SIM kart, barmaq izi skanı və Dolby Atmos texnologiyalı stereo səsgücləndiriciləri özündə birləşdirəcək. Smartfon Android 6.0 əməliyyat sistemi vasitəsilə çalışacaq. Moto M-in Avropadakı qiyməti 265 avro olaaq.

     
    Linki kopyala