main-post-cover

    Motorola modulyar ağıllı telefonlar: Moto Z və Z Force modellərini təqdim etdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Lenovo tərəfindən alınan Motorola Mobility, yeni ağıllı telefon modelləri Moto Z və Z Force haqqında məlumat yayımlayıb. Həm Moto Z həm də Z Force modelləri modulyar quruluşda olacaq. Yəni telefonların arxa səthlərinə əlavə aparatlar taxılaraq, telefona yeni xüsusiyyətlər qazandırmaq mümkün  olacaq.
     
    Motorola modulyar ağıllı telefonlar: Moto Z və Z Force modellərini təqdim etdi


    Bildiyiniz kimi modulyar ağıllı telefonlar son zamanlarda yayılmağa başlayıb. LG-nin bu ilin əvvəlində tanıtdığı modulyar ağıllı telefonu G5, Google'nin Project Ara adlı 2017-ci ildə qarşımıza çıxması gözlənilən modulyar ağıllı telefonu bu sahədəki bazarı hərəkətləndirib və müştərilərin bu ehtiyaclarına cavab verir. Modulyar ağıllı telefonların ən böyük müsbəti, istifadə etməyəcəyiniz təchizat xüsusiyyətləri üçün o təchizata əlavə pul ödəməməkdir.
     
    Motorola modulyar ağıllı telefonlar: Moto Z və Z Force modellərini təqdim etdi


    Hər ikisi də Snapdragon 820 prosessorla gələn yeni Motorola Mobility modellərinin ən böyük xüsusiyyəti də arxa səthidir. Maqnetik səthlər sayəsində arxa qapaqları dəyişə bilən telefon, eyni zamanda modulyar quruluşdakı gücünü də buradan alır. Telefonun arxa səthinə taxıla bilən yeni avadanlıqlar, telefona əlavə xüsusiyyətlər də qazandıracaq.
     
    Motorola modulyar ağıllı telefonlar: Moto Z və Z Force modellərini təqdim etdi

    Moto Z və Z Force telefonlarında qulaqlıq girişi də olmayacaq. Telefondakı tək giriş, USB-C girişi olaraq dizayn edilib. İnkişaf etdirilmiş kamera xüsusiyyətləri ilə diqqət çəkən hər iki telefon 4GB RAMa sahibdir.
     
    Motorola modulyar ağıllı telefonlar: Moto Z və Z Force modellərini təqdim etdi


    Moto Z, 5,5 düym QHD AMOLED ekran, Snapdragon 820 prosessor, 4GB RAM, sürətli şarj, lazer fokuslu‚ optik vizual normalaşdırılması dəstəkli 12 megapiksel kamera kimi yüksək səviyyəli xüsusiyyətlərlə gəlir. Moto Z ilə bir çox ortaq xüsusiyyətə malik Moto Z Force, ShatterShield texnologiyası ilə daha dayanıqlı bir ekran, 3.500mAh'lik daha böyük bir batareya və 21 megapiksel kamera təqdim edir. Batareya həcmi daha yüksək olduğundan Moto Z Force'un gövdəsi bir az daha qalındır.
     
     
    Motorola modulyar ağıllı telefonlar: Moto Z və Z Force modellərini təqdim etdi

     
    Təqdimatdakı sürpriz isə telefonunuza yeni xüsusiyyətlər əlavə etməyə icazə verən Moto Mods olub. Bu aksesuarları telefonunuza bağlamaq üçün telefonu söndürmək lazım deyil; aksesuar telefonun arxasındakı 16 pin'li konnektor vasitəsilə əlaqə qurur. Tezliklə çıxacaq aksesuarların arasında Insta-Share proyektor, JBL SoundBoost dinamik və Incipio əlavə batareya var.
     
    Motorola modulyar ağıllı telefonlar: Moto Z və Z Force modellərini təqdim etdi



    Yeni Moto Z və Moto Z Force'un ilk olaraq ABŞ-da satışa çıxarılması gözlənilir. Yaz aylarında Verison vasitəsilə Droid adı ilə satışa çıxarılması gözlənilən cihazlar, Motorola'ya görə payızda kilidsiz formada satılmağa başlanacaq.
     
    Motorola modulyar ağıllı telefonlar: Moto Z və Z Force modellərini təqdim etdi



    Aşağıdakı videoda, Moto Z'ni hansı vasitələrlə daha funksional edə biləcəyinizi və bu yeni xüsusiyyətlərin təmin edəcəyi üstünlükləri izləyə bilərsiniz.
     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər