Reklam
"Motorola" "Samsung"u texnologiya oğurluğu ilə ittiham edir

"Motorola" "Samsung"u texnologiya oğurluğu ilə ittiham edir

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

"Motorola” şirkəti "Samsung”u texnologiya oğurluğu barəsində ittiham edib.

Söhbət Always-On Display funksiyasından gedir. Bu funksiyanın məğzi ondadır ki, "Samsung” smartfonlarının OLED ekranları cihaz blokda olsa belə zamanı, tarixi, təqvimi, batareyanın enerji vaxtını və s. məlumatı əks etdirir. "Technote.az"ın "Macdigger.ru" saytına istinadən verdiyi xəbərə əsasən "Motorola”nın ABŞ şöbəsi sözügedən funksiyanın "Samsung” şirkəti tərəfindən oğurlandığını bildirib. Bu barədə şirkət təmsilçiləri öz rəsmi "Twitter" hesabında qeyd ediblər. "Maraqlı xüsusiyyətləri rəqib smartfondan oğurlamaq hansı qalaktikada normaldır?” – deyə Moto US öz "Twitter” hesabında bildirib.


Həmin ismarıc da "Samsung”un adı çəkilməsə də Galaxy sözü işlədilib. Qeyd edək ki, "Samsung” bu funksiyanı öz Galaxy S7 və Galaxy Note 7 flaqman smartfonlarında istifadə edir. "Motorola” əmindir ki, bu texnologiyanı məhz o fikirləşib və hələ "Lenovo” şirkətinin tərkibində olamamışdan öncə reallaşdırıb. "Motorola” 2013-cü ildə bu texnologiyanın olduğu ilk smartfonu təqdim etsə də əslində onu yaratmış ilk şirkət deyil. Buna bənzər funksiyaya 5 il bundan öncə Nokia N9 və MeeGo mobil telefonları sahib idilər. Bu texnologiya həmçinin OLED ekranlı Symbian telefonlardada reallaşdırılmışdır. Daha sonra isə Lumia seriyasına inteqrasiya olunmuşdur. Lakin Android smartfon bazarında sözügedən funksiyanı ilk reallaşdıran "Motorola” idi. Çətin ki, bu ittihamlarla "Motorola” "Samsung”u məhkəmə prosesinə cəlb etsin. Bəlkədə "Motorola”nın bu addımı atmasının əsas səbəbi özünə diqqəti çəkmək olub.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×